Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb - Biirnci siniflərlə bağlı
27-04-2021 [12:13]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.
İdarədən Mia.az-a verilən məlumata görə, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həm ənənəvi, həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunacaq.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi müəyyən olunub.
Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri:
1. Binəqədi rayonu - 297, 83 və 313 nömrəli tam orta məktəblər;
2. Nərimanov rayonu - 82 nömrəli tam orta məktəb;
3. Nəsimi rayonu - 19 nömrəli tam orta məktəb;
4. Nizami rayonu - 145 və 129 nömrəli tam orta məktəblər;
5. Pirallahı rayonu - 235 nömrəli tam orta məktəb;
6. Qaradağ rayonu - 110, 180, 195, 228, 274 və 288 nömrəli tam orta məktəblər;
7. Sabunçu rayonu - 74,128 və 130 nömrəli tam orta məktəblər;
8. Səbail rayonu - 163 nömrəli tam orta məktəb;
9. Suraxanı rayonu - 76, 84 və 279 nömrəli tam orta məktəblər;
10. Xətai rayonu - 17 və 165 nömrəli tam orta məktəblər;
11. Xəzər rayonu - 136, 156 və 234 nömrəli tam orta məktəblər;
12. Yasamal rayonu - 18 nömrəli tam orta məktəb.
Onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə)
1. Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə: (+994 51) 563-15-77
2. Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə: (+994 51) 543-15 -77
3. Nərimanov, Səbail və Qaradağ rayonları üzrə: (+994 51) 568-15-77
4. Nəsimi, Nizami və Xətai rayonları üzrə: (+994 51) 546-15-77
Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı prosesinə aprelin 27-dən, Azərbaycan dilində tədris aparılan bölmə üzrə birinci siniflərə elektron sorğu yerləşdirmək prosesinə isə aprelin 29-dan etibarən başlanılacaq.
Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə müraciət etmək istəyən valideynlər aprelin 29-dan mektebeqebul.edu.az elektron sistemində şəxsi kabinetlərinə daxil olaraq övladlarını müsahibəyə yaza bilərlər. Müsahibədə iştirak edərək uğur qazanmış uşaqların həmin bölmə üzrə məktəb seçimi prosesinə isə iyun ayında başlanılması nəzərdə tutulur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi