Sumqayıtda 20 Yanvar abidə kompleksi yaradılır

img

09-01-2014 [15:58]


Sumqayıtda bir qisim yerlərdə abadlıq işləri aparılır, bəzi abidələr yenilənir, dəyişdirilir. Bu işlər hazırda şəhərin ən böyük istirahət məkanında - Nəsimi adına Mədəniyyət və İstirahət Parkında da davam etdirilir. 100 hektara yaxın ərazini əhatə edən parkda mövcud olan abidələr aparılan abadlıq işlərinə uyğun olaraq yenidən dizayn edilir və yeni fomada hazırlanır. Xeberle.com portalına daxil olan məlumata görə, hazırda 20 Yanvar abidə kompleksinin layihəsi üzərində işlər tamamlanmaqdadır və bu il ərzində sözügedən layihənin həyata keçirilməsi başa çatdırılacaq.20Yanvar abidə kompleksi SumqayıtınŞəhidlər xiyabanı qarşısında yaradılacaq. İndiki 20Yanvar abidəsinin yerində isə Xocalı abidəsi ucaldılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA