"Azercell"in dəstəyi ilə şəhid övladları üçün reabilitasiya proqramına start verilib
27-04-2021 [11:53]
Korporativ Sosial Məsuliyyəti öz fəaliyyətinin ayrılmaz və mühüm hissəsi hesab edən “Azercell Telekom” şirkətinin dəstəyi ilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihəyə start verilib.
Mia.az xəbər verir ki, layihənin əsas məqsədi ikinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil etmək, eləcə də onların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitabı həm rəqəmsal, həm də çap formatda nəşr etməkdir. Layihədə “Azercell”in partnyoru “GID CSR Consulting” şirkətidir.
“Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsində 5-14 yaş arasında olan 300 uşağın anası ilə birgə iştirak edəcəyi planlaşdırılır. COVID-19 virusunun yayılması ilə əlaqədar pandemiya şəraiti nəzərə alınaraq, təlimlər onlayn şəkildə keçirilir.
Təlimlər bir neçə istiqamət üzrə təşkil olunub. “Art terapiya” (təsviri sənət terapiyası) uşaqların özünü rahat və azad formada ifadə etməsinə, içində qapalı saxladıqları duyğularını üzə çıxarmalarına şərait yaradacaq. Musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növlərinin köməyi ilə terapiya alan uşaqlar həm də bu yolla estetik yönlərini ortaya çıxara biləcəklər.
“Arzular ağacı” mövzusunda təlimin məqsədi isə iştirakçılarda özünə inam və ruh yüksəkliyi yaratmaqdır. Bu təlimin köməyi ilə uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərmək mümkün olacaq. Bu təlim böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa kömək edəcək. Layihə çərçivəsində təlimlər zamanı xüsusi psixoloji çətinlik yaşayan uşaqların olduğu aşkarlanarsa, onların valideynləri ilə fərdi görüşlər də təşkil ediləcək.
“Uğur hekayəsi” istiqamətindəki təlimlərdə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanan peşəkarlarla görüş nəzərdə tutulub.
Layihə çərçivəsində şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitabda toplanacaq. Həm çap, həm də elektron formatda hazırlanacaq kitabın ayrıca bir bölümü atası haqqında heç xatirəsi olmayan körpə şəhid övladlarına həsr ediləcək. Bu kitab şəhidlərin öz ailələri ilə yanaşı, hər kəsin xatirələrində və qəlbində yaşamasına kömək edəcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.
Bu layihə hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi