Mübariz Mənsimov həbs olunan nazirin oğlu ilə görüşəcək

img

09-01-2014 [11:18]


Azərbaycanlı iş adamı Mübariz Mənsimov həbsxanada sabiq daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərlə görüşəcək.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı iş adamı Mübariz Mənsimov bunun üçün Bakırköy Ədliyyəsinin baş prokuroru Hadi Salihoğlundan icazə aldığı deyilir.

Qeyd edək ki, Barış Gülər Metris həbsxanasında yatır.

Bu arada məlum olub ki, Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar 17 dekabrda keçirilən korrupsiya və rüşvət əməliyyatı zamanı həbs olunan keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kağan Çağlayan ilə görüşmək üçün dünən Bakırköy Ədliyyəsinə gedib. Sabiq nazir Ağar görüş üçün icazə almaq üçün baş prokuror Hadi Salihoğlu ilə görüşdüyü deyilir. Təxminən yarım saat qədər ədliyyə binasında qalan Mehmet Ağar, saat 14.00 radələrində Metris Həbsxanasına gedərək Çağlayanın oğlu Saleh Kağan Çağlayanla görüşüb. Yarım saat içərisində orda olan və sonra avtomobili ilə həbsxanadan geri qayıdan Ağar mətbuata açıqlama verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA