ADA Universitetinin keçirdiyi virtual Karyera Hazırlığı Həftəsi və Sərgi beynəlxalq mükafata layiq görülüb
26-04-2021 [17:57]
ADA Universiteti tərəfindən keçirilən virtual Karyera Hazırlığı Həftəsi və Sərgi aprelin 22-də “Ernst&Young” şirkətinin sponsorluğuyla keçirilən Qlobal Karyera Xidmətləri Sammitində “Ən yaxşı Universitet-İşəgötürən Tərəfdaşlığı” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.
ADA-dan Mia.az-a verilən məlumata görə, Universitetin Karyera Xidmətləri Mərkəzinin təşkil etdiyi hər iki karyera tədbiri layihə təklifi qismində Sammitin işçi qrupuna dəyərləndirmə üçün təqdim edilib. Təklif beynəlxalq ekspertlərdən ibarət Qiymətləndirmə komandası tərəfindən müxtəlif kriteriyalar üzrə dəyərləndirilib, onun orijinallığı, təsiri, həyata keçirilmə keyfiyyəti qiymətləndirilib.
Sammit zamanı bu nüfuzlu mükafata layiq görülənlər sırasında müxtəlif nominasiyalar üzrə ABŞ, İngiltərə, Kanada və Mərakeşin tanınmış universitet və karyera mərkəzləri də yer alıb. Sammitin əsas məqsədlərindən biri karyera xidmətləri göstərən beynəlxalq ekspertlər arasında dialoqun və təcrübə mübadiləsinin genişləndirilməsidir.
Bu mükafatı gələcək liderlərin yetişdirilməsində illər boyu davam edən uğurlu xidmət və zəhmətin nəticəsi kimi qiymətləndirən ADA Universitetinin Tələbə xidmətləri və Məzun işləri üzrə prorektor müavini Gülnur İsmayıl bildirib:
“Tələbələrin peşəkar hazırlığını, öz bilik və bacarıqlarını lazımi səviyyədə təqdim etmə bacarıqlarını inkişaf etdirmələri və məzun olmazdan əvvəl peşəkar ünsiyyətlərini genişləndirmələri üçün onları erkən mərhələdə karyeraya hazırlamağa çalışırıq. Bunun üçün isə istedadların yetişdirilməsində və inkişafında bizə dəstək göstərən Azərbaycandakı və xaricdəki yerli və beynəlxalq tərəfdaşlarımıza borcluyuq”.
Qeyd edək ki, ADA Universitetində 2021-ci ildə ilki təşkil edilən Karyera Hazırlığı Həftəsi (1-16 aprel) çərçivəsində 14 yerli və xarici müəssisənin, şirkət, beynəlxalq təşkilat və dövlət qurumunun 50-dən çox yüksək ixtisaslı peşəkarı 200-dən artıq ADA tələbəsinə onlayn təlim və seminarlar keçib, təcrübələrini paylaşıblar.
15-16 aprel tarixlərində keçirilən Virtual Karyera Sərgisi isə 800-dən çox ADA tələbə və məzununu 71 yerli və xarici qurum və şirkətin 120-dən artıq nümayəndəsi ilə Azərbaycanda ilk dəfə istifadə edilən “Whova” platforması vasitəsilə bir araya gətirib.
ADA Universitetinin Karyera Xidmətləri Mərkəzi 2009-cu ildən etibarən tələbə və məzunların dəyişkən əmək bazarına keçidini dəstəkləmək üçün karyera tədbirləri təşkil edir.
Mərkəz həm ADA istedadları ilə, həm də on fərqli sahədə fəaliyyət göstərən yerli və xarici müəssisə, şirkət, beynəlxalq təşkilat və dövlət qurumu ilə mütamadi olaraq ünsiyyətdədir.
Karyera Xidmətləri Mərkəzi vasitəsilə müxtəlif qurumlarda staj keçmək fürsətindən yararlanan tələbələr çox zaman elə həmin qurumlarda iş təklifi alırlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi