09-01-2014 [10:46]
Ağcabədi rayonunda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbin müəllimi Vüqar Ağayarov həmin məktəbin direktoru Hidayət İbrahimovdan şikayət edib.
O bu barədə "Qafqazinfo”ya göndərdiyi şikayət məktubunda bildirir ki, 2004/2005-ci tədris ilindən Ağ göl ümumi orta məktəbində müəllim işləyir: "Bu məktəbin yaranmasında, yeni yaranan siniflər üçün otaqların tikilməsində digər müəllimlər kimi mən də şəxsən fəhləlik və ya ustalıq etmiş, tələb olunduğu miqdarda cibimdən pul qoymuşam. Artıq məktəb formalaşıb öz ayaqları üzərində durandan sonra məktəbin direktoru Hidayət İbrahimov həmin müəllimləri bir-bir ərazidən uzaqlaşdırmağa başladı. Günlərin bir günü məni də çağırıb hər ay öz maaşımdan ona səksən iki manat pul verməli olduğumu, əks təqdirdə o birisi müəllimlər kimi ərazidən öz xoşumla çıxıb getməyimi tələb etdi. Mən H.İbrahimovun bu qanunsuz tələbini lazımı yerlərdə sübut etmək üçün onun səsini yazmağa məcbur olmuşam. Çünki, o, mənə qarşı hər cür basqıdan, yataqda yaşayan qohumları vasitəsilə hədələməkdən, şər atmaqdan, vəzifəsindən sui-istifadə edib incitməkdən heç vaxt əl çəkmir. Sonuncu dəfə məktəbdə xadimə işləyən həyat yoldaşımı, müavini və qohumu Ruhiyyə Axundova ilə birlikdə döyüb, "ya əmək haqqı kartını ver, ya da burdan rədd olub gedin!” – söyləyib.
Mən hadisə yerinə gəlib yoldaşımı huşsuz vəziyyətdə gördüm. Ancaq onun həm də H.İbrahimov tərəfindən döyüldüyünü bilmədim. Həyat yoldaşımı evə gətirəndən sonra polisə zəng vurdum.
Mənim şikayət etdiyimi görüb H.İbrahimov da şikayətə qaçdı və guya ona xəsarət yetirdiyimi söylədi. Yataqda yaşayanların əksəriyyəti onun qohumlarıdır və diplomları olmasa da müəllim işləyirlər. Onun yataqda yaşayan və məktəbdə işləyən qohumları üzümə dirənməyə başladılar”.
Şikayətçi məktəbdə baş verən bir sıra qanunsuzluqlar barədə də yazıb: "Hidayət İbrahimov vəzifəsindən sui-istifadə edərək müəllimlərdən hər ay müəyyən məbləğdə pul tələb edir. Pul verməyən müəllimləri yaxın qohumlarının şər-böhtanları ilə hədələyərək ərazini tərk etməyini tələb edir.
Dərsə gəlməyən müəllimlərə deyilməyən dərsləri yazır və pulunu mənimsəyir. Məktəbdə xadimə işləyən həyat yoldaşımın isə əmək haqqısını vermir.
Məktəbdən çox uzaqlarda yaşayan uşaqların adına sinif açır. Həmin siniflərə verilən pulları müəllimlərin maaş kartına köçürərək sonra geri tələb edir. Müəllimlərin əksəriyyəti öz qohumları olduğu üçün bu prosesdə canla-başla iştirak edirlər. Etiraz edən müəllimlərə isə hərtərəfli təzyiqlər göstərir, "Buralar bizimdir, çıxın gedin” - deyir.
Hər ay direktora hesab verməyən müəllimlərə yazmaq üçün jurnal vermir. Ümumiyyətlə, məktəbdə kargüzarlıq və sənədləşmə işləri biabırçı vəziyyətdədir.
Texniki işçilərin əmək haqqı kartlarını öz cibində saxlayır.
Qanunsuz yolla rayondan rayona müəllimlər gətirir.
Yataqda yaşayan qohum-əqrabasını öyrədib ona tabe olmayan müəllimlərə qarşı qoyur, müəllimləri hər cür şər-böhtanla məktəbdən kənarlaşdırmağa çalışır. İndiyədək bu cür bir neçə müəllimi (İsmayılov Rövşən, Cabbarov Şamil, İsmayılov Cavanşir və b.) işdən və ərazidən qovmağa nail olub.
Xəstəlik kağızı təqdim edən müəllimlərin (həmin müəllim xəstəlikdə olduğu müddətdə sinif jurnalına dərs saatları qeyd etmişdir) və digər işçilərin adına qanunsuz əmək haqqı yazır.
Heç nədən çəkinməyərək tədris planında olan dərs saatlarını müəllimlərdən gizlətmək məqsədilə dərs cədvəlinə düzgün yazmır.
Müəllimlərə məxsus bəzi vacib sənədləri qəsdən korlayır.
Məktəbə ayrılan yanacaq pulunu mənimsəyir, şagirdlər tez-tez soyuqlayırlar.
Daima onun korrupsioner standartlarına uyğun gəlməyən və ona qohum olmayan bütün müəllimlərin ərazidən köçməsini heç nədən çəkinmədən təşkil edir. Belə ki, qohumlarını öyrədib onların üstünə salır, hədələtdirir və nəhayət peşəkarlıqla şərlətdirir.
Onun əsas məqsədi uşaqların təhsili və tərbiyəsi deyil, pul qazanmaqdır. Əslində, dövlətimizin məcburi köçkün uşaqları üçün təhsil müəssisəsi kimi nəzərdə tutduğu məktəb zəngin kriminal ənənələrə malik olan bu ailə üçün maddi təminat bazasına çevrilib. Eyni zamanda ona kömək edib müəllimləri qorxudan qohumlarını pulla mükafatlandırır. Onun bir neçə yaxın qohumu adam ölümü üstündə ömürlük və ya uzunmüddətli həbs aldıqları üçün hamı onlardan çəkinir, qorxur”.
Vüqar Ağayarov qeyd edib ki, bir ilə yaxındır ki, faktlarla bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət etsə də, hələ ki, ciddi nəticə yoxdur.
"Qafqazinfo” məsələ ilə bağlı qarşı tərəfin ə aidiyyatlı qurumların mövqeyini dərc tməyə hazıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi