BAYDENİN PAŞİNYANA JESTİ və ya ABŞ-ın BÖLGƏMİZDƏKİ TƏHLÜKƏLİ PLANI: Vaşinqton Qafqazı da yenidən dizayn etmək istəyir? - TƏHLİL
25-04-2021 [18:12]
Taha DAĞLI,
Türkiyənin Kanal-7 kanalının şərhçisi,
haber7.com
***
Soyqırım iftirası 2019-dakı "Barış Pınarı" hərəkatı ilə (Türkiyənin Suriyadakı əməliyyatı nəzərdə tutulur - Mia.az) ət sümüyə dirəndi. Türkiyə Suriyanın şərqində “PKK-PYD” əleyhinə əməliyyat həyata keçirəndə ABŞ-ın prezidenti Donald Tramp idi.
ABŞ-dakı Demokratların demək olar ki hamısı, Respublikaçıların əksəriyyəti Trampı günahlandırdı, "Necə ola bilər ki, Türkiyənin müttəfiqlərimizə qarşı apardığı əməliyyatlara susursunuz?" dedilər.
Trampdan bir səs çıxmadığını görəndə isə hərəkətə keçdilər.
“Soyqırımı” iddiaları ABŞ Konqresinin hər iki qanadında - Nümayəndələr Palatasında və Senatda qəbul edildi. Amerikalılar Türkiyənin “PKK-PYD” terror təşkilatına istiqamətli əməliyyatlarına “soyqırımı” təhdidləri ilə cavab vermiş oldu.
Bayden prezidentliyə namizəd olarkən, Konqresin əlindəki sənədləri qəbul edəcəyinə söz verdi.
Və etdi.
Erməni yalanlarını “soyqırımı” olaraq elan etdi.
Soyqırım yalanları bir PKK əməliyyatı ilə başlamışdı, Türkiyənin cavabı yenə də PKK əməliyyatı ilə oldu.
Ərdoğan Baydenlə telefonda görüşməsindən sonra türk əsgəri Şimali İraqda PKK terror təşkilatına qarşı “Pəncə -Şimşək” və “Pəncə İldırım” əməliyyatlarına başladı.
Artıq orada PKK üçün bir yer yoxdur.
Bu əməliyyatlarının davamı, deyəsən Sincar olacaq, elə görünür.
Yenidən “soyqırımı” ifadəsinə dönsək, Baydenin mətnində erməni ittihamlarından bəhs edilərkən, yunanlara da istinad edilib. Co Bayden bu mətndə İstanbul ifadəsini istifadə etmir, ancaq Yunanıstanı razı salmaq üçün Konstantinopol deyir. Eynilə Yeni Zelandiyadakı məscidlərə hücum edib insanları qətl edən terrorçu kimi. Həmin terrorçu da qətliam elanında israrla Konstantinopol deyirdi.
Və əlbəttə, Bayden ermənilərə qucaq açdı. Amma hamısına deyil.
Xüsusilə Ermənistana rəhbərlik etməsini istədiyi Nikol Paşinyana “soyqırımı” ifadəsi ilə hədiyyə etdi. Çünki ABŞ Paşinyanı güclü tutaraq Qafqazı dizayn etməyi planlaşdırır.
ABŞ Paşinyanı Rusiyanın Qarabağdakı təsirinə qarşı meydana çıxara bilər. Bu isə bölgənin yenidən qarışmasına səbəb olacaq.
Ermənistandakı müxaliflərin Baydenin “soyqırımı” ifadəsini işlətməsinə reaksiyalarına baxdığımızda, məsələni daha yaxşı başa düşmək olar. Çünki Paşinyana qarşı olan rusiyapərəst ermənilər ABŞ-ın bu “soyqırımı” elanı ilə Qarabağda bir nəzarət mexanizmi quracağına inanırlar.
ABŞ illərdir əlində tutduğu kartı oynadı. Həm Ermənistan üçün, həm Yunanıstan, həm də PKK üçün.
Ermənistanın ASALA terror təşkilatı ilə Yunanıstan EOKA təşkilatının və PKK-nın eyni olduğunu unutmayaq.
ABŞ rəhbərliyinin əlində indi yalnız FETÖ oyuncağı olan “Halkbank” kartı var. Tezliklə onu da işə salacaqlar. Ancaq əvvəlcə Bayden rəhbərliyinin başqa bir hərəkət etməsi ehtimalı böyükdür.
Suriyadakı PYD terror təşkilatına Türkiyəyə düşmənçiliyi səbəbiylə muxtariyyət verməyə çalışa bilərlər.
Tərcümə MİA.AZ-a məxsusdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi