08-01-2014 [23:23]
1990-cı ilin 20 Yanvar hadisələri ərəfəsində bu günə kimi çoxlarına bəlli olmayan hadisələr baş verib. AXC Cəbrayıl şöbəsinin sədri olmuş Vaqif Əlisoyun həmin dövrə aid silsilə xatirələrini təqdim edirik.
Dəyərli dostlar, əziz həmvətənlər...!!! Söz verdiyim kimi, 20 yanvar hadisələri ilə bağlı gerçək həqiqətləri əks etdirən xatirələrimi sizinlə bölüşmək istəyirəm. Bu tarix Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda aparılan mübarizənin şanlı səhifəsidir. Qürur duyulacaq bir hadisedir. Bu hadisələrə faciə donu geyindirməyə çalışanlara demək istəyirəm ki, 20 yanvar Azərbaycan türkünün oyanış dövrü idi. Yazı bir neçə gün əvvəl yayımlanmalı idi. Ancaq AXCP və Müsavat arasında gedən didişmələr bir neçə gün ləngiməyimə səbəb oldu. Hər iki partiyanın liderlerinə də məsləhət görərdim ki, bu yazıları diqqətlə oxusunlar. Öz partiya maraqlarından deyil, millətimizin və uğrunda şəhid verdiyimiz dövlətin qurulmasında , onları lider səviyyəsinə qaldıranları unutmasınlar. Şəxsən mən Sosial şəbəkələrdə hər iki partiyanın liderlərinin bir-birinə qarşı apardıqları çirkin mübarizədən utanıram.
Vaxtilə onlarla birgə mübarizə apardığım üçün xəcalət çəkirəm. Canımız bu vətənə qurban 20 il müddətində bu xalqı çaşdıran , onun mübarizə əzmini qıran siyasi liderlər meydandan çəkilməli , müasir gəncliyimiz temsil eden qeyrətli oğul və qizlarimiza meydan verməlidirlər. Bu xatirələr 20 yanvar və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qeyrətli oğul və qızlarımızın , əlil və şəhidlərimizin , veteranlarımızın müqəddəs xatirəsinə həsr olunur. Əgər burada tarixlərdə yanlışlıq olarsa, hamıdan əvvəlcədən üzr istəyirəm. Mənimlə 20 yanvar hadisələrində həbs olunaraq novoçerkask şəhərindəki qapalı həbsxanada cəza çəkən ağdamlı , qeyrətli vətən oğlu Camal Əhmədovun xahişi ilə birgə yayımlayırıq. Həbsimizin Rusiya dövrünün camal paylaşacaq. Mən isə Cəbrayıla sovet ordusunun hücUmu və aparılan həbslər həmin dövrdə Cəbrayılda baş verən prosesleri diqqətinizə catdıracağam.
1-ci bölüm
10-19 yanvar Cəbrayılda qırğın niyə baş vermədi?
SSRI ali sovetinin rəyasət heyətinin qərarı ilə Dağlıq Qarabağ və ətraf rayonlarda komendat saatı elan edilməsindən sonra əhali arasında çaşqınlıq hökm sürürdü. Cəbrayıl həm İranla həm də Dağlıq Qarabağın Hadrud rayonunun 14 kəndi ilə həmsərhəd idi. Bu erməni kəndləri həm Ermənistadan, həm də Hadrudda yerləşən şəhərdə qoşunlarının komandanlığından maddi və mənəvi dəstək alırdı. Demək olar ki, hər gün Ermənistandan vertalyotlarla silah və yaraqlılar daşınırdı. Cəbrayıl əhalisinin əlindəki ov tüfəngləri, məktəblərdəki təlim silahları yığışdırılmış , təpədən dırnağa qədər silahlanmış erməni və rus hərbiçiləri qarşısında ayağıyalın qalmışdı. Həmin dövrdə sərhədlərimizi qeyrətli cəbrayıllılar əsasən də Xalq Cəbhəsinin üzvləri və azsaylı polislər qoruyurdu. Yanvar ayının 14-də axşam saat 19 radələrində Cəbrayıl aeroportuna vertalyotlarla ruslardan ibarət 100 nəfərlik desant qüvvəsi atıldı. Bütün səylərimizi toplayaraq camaatın iştirakı ilə elə aeroportun özündə xalqın iştirakı ilə həmin qüvvələr mühasirəyə alındı. Desantçıların komandiri polkovnik Tixinov minlərlə əliyalın insanın gözündəki qəzəb və nifrətdən qorxaraq bizimlə danışıq aparmağa məcbur oldu. Cəbrayıl polisinin o vaxtkı rəisi qeyrətli polis rəisi Rəşid Məmmədov (Allah rəhmət eləsin) rayon ağsaqqalları Hüsü kişi Zəkəriyyə kişi , mən də daxil olmaqla, Xalq Cəbhəsinin üzvləri danışıqda iştirak
etdik. Onları inandırdıq ki, rayon ərazisində bir nəfərdə olsun yaraqlı yoxdu, əksinə, erməni kəndlərindən müntəzəm olaraq kəndlərimizə hücümlar edilir, evlər yandırılır, mal-qara və insan oğurlanır. Desatçıları tam inandırdıqdan sonra Rəşid müəllimlə mən onların əsl məqsədini öyrənə bildik. Məqsəd desant qrupundan kiçik bir qrup Cəbrayıl şəhərinə daxil olmalı, digər qrup rayon ərazisində erməni kəndlərinə hücumlar təşkil etməli idi. Ancaq onların dinc əhali tərəfindən tam mühasirəyə alınması planlarına mənfi təsir göstərmişdi. Rayon ağsaqqallarının təşəbbüsü ilə desatçılar üçün heyvanlar gətirildi, istədikləri qədər araq, çaxır tədarük edildi. Məqsəd içki məclisindən sonra onlardan bəzi məlumatlar almaq idi. Desatçıların komandiri Tixinov məlumat
verdi ki, bir neçə gündən sonra Bakı və ətraf rayonlara da qoşun yeridiləcək , müqavimət göstərənlər, xüsusilə Xalq Cəbhəsinin üzvlərinə amansız divan
tutulacaq. Xalqın tələbi ilə həmin desatçılar mütəşəkkil qaydada avtobuslara mindirildi, rayon ərazisindən çıxarılaraq Hadrud
rayonuna istiqamətləndirildi. Yol boyu keçdiyimiz kəndlərimizdə əhali yol kənarına toplaşaraq desantçıları ləyaqətlə yola saldıq. Ayrılarkən polkovnik Tixinov Rəşid və mənə dedi:
- Mən bir zabit kimi özüm və döyüşçülərim adından sizə minnətdaram. Bu xalq haqqında mənə və döyüşçülərimə mənfi rəylər verilmiş, sizə qarşı bütün lazımlı vasitələrdən istifadə etməyi tapşırmışdılar. Mən əfqanıstanda da belə hadisələrin şahidi olmuşam. Sizə söz verirəm ki, mənim başçılıq elədiyim dəstə tərəfindən sizə qarşı heç bir hərəkət baş verməyəcək. Zabit şərəfimə and içirəm. Ancaq bir xahişim var. Bakıdakı rəhbərliyinizə çatdırın ki, ehtiyatlı olsunlar.
Bu məlumatlar mənim tərəfimdən Xalq Cəbhəsinin idarə heyətinə, Rəşid məllim tərəfindən Daxili İşlər Nazirliyinə, partiya komitəsi tərəfindən mərkəzi komitəyə verildi.
ardı var...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi