Ədalət partiyası Rusiyaya etiraz etdi, rəsmi Bakıdan üzr istənilməsini tələb etdi: "...Razılaşmanın əksər müddəaları da yerinə yetirilməmiş qalır"
24-04-2021 [15:48]
İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyası Rusiyaya etiraz bəyanatı yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"10 noyabr 2020-ci il tarixdə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və zəmanəti ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında atəşkəs haqqında Üçtərəfli Bəyanatın imzalanmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, hərbi əməliyyatların dayandırılması və münaqişə tərəflərinin münasibətlərini qalıcı sülhə çevirmək məqsədiylə imzalandığı elan olunan bu razılaşmanın əksər müddəaları, təəssüf ki, hələ də yerinə yetirilməmiş qalır.
Ötən 5 ay ərzində baş verən hadisələrin təhlili göstərir ki, Üçtərəfli Bəyanatın müddəlarının tam yerinə yetirilməsində və bölgədə həqiqi sülhün bərqərar olmasında yalnız Azərbaycan maraqlıdır və bu niyyətlə də üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir, Ermənistan tərəfi isə süni gecikdirmələr və bəhanələrlə məqsədli şəkildə öhdəliklərindən yayınır.
Çox təəssüf ki, üzərinə Üçtərəfli Bəyanatın icra məsuliyyətini götürmüş və bu səbəbdən də hərbçilərinin sülhməramlı missiya ilə Dağlıq Qarabağda – Azərbaycan ərazisində yerləşməsinə razılıq verilmiş Rusiya dövləti də Ermənistanı öhdəliklərini yerinə yetirməyə vadar etmək əvəzinə, parlament seçkilərinə hazırlaşan Ermənistanda itirdiyi əvvəlki hərbi-siyasi nüfuz və mövqelərini yenidən geri qaytarmağa və bunu da daha çox Azərbaycanın maraqlarının tapdanması, suverenliyinə nümayişkaranə hörmətsizlik hesabına etməyə çalışır.
Ədalət Partiyası bu qənaətdədir ki, Qarabağda sülhməramlı adıyla yerləşmiş Rusiya hərbçilərinin erməni terrorçu-separatçılarının sərbəst fəaliyyətinə göz yummaları, özünü bu terrorçu-separatçıların lideri elan etmiş Arayik Arutyunyanla ilıq münasibətlər qurmaları və hətta onun Moskvaya gizli səfərini təşkil etmələri, həmçinin Azərbaycanın icazəsi olmadan rus hərbçilərinin Qarabağda hərbi parada hazırlaşmaları “sülhməramlı missiya” anlayışına və niyyətinə tamamilə zidd olmaqla yanaşı, açıq şəkildə Azərbaycan dövlətinə hörmətsizliyin ifadəsidir və Rusiya tərəfi bütün bunlara aydınlıq gətirməli, rəsmi Bakıdan üzr istəməli, münasibətlərin gərginləşdirilməsinə yol açan belə davranışlara dərhal son qoymalıdır.
Əks halda, Azərbaycan ictimaiyyətində Rusiyanın Qarabağa sülhməramlı missiya ilə deyil, öz hərbi-siyasi maraqlarını yerinə yetirmək qəsdiylə yerləşdiyi təəssüratı daha da genişlənəcək və tarixi təcrübədən çıxış edərək, Rusiyanın işğalçı simasında imperialist dövlət kimi bölgəyə qayıtdığını deyənlərin arqumentlərini xeyli gücləndirəcək, son nəticədə isə ölkədə yeni antirus hərəkatının körüklənməsinə rəvac verəcək.
Rusiyanın özünün uzun müddət etnik separatizmdən əziyyət çəkən çoxmillətli dövlət olduğunu xatırladan Ədalət Partiyası hesab edir ki, Qarabağda separatçıları dəstəkləməsi rəsmi Moskvanın Cənubi Qafqazda Ermənistanı qazanmaq istədiyi bir vaxtda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşən türk-müsəlman mənşəli qonşusu Azərbaycanı da birdəfəlik itirməsiylə nəticələnər və bu separatizm dalğası, gec-tez, Rusiyanın özünü içdən gəmirib yıxan qarşısıalınmaz bir prosesə çevrilə bilər.
Ədalət Partiyası Rusiya rəhbərliyini bir daha bölgədə baş verənlər barədə soyuq düşünməyə və Qarabağda həqiqi sülhməramlı missiyasını yerinə yetirməyə çağırmaqla yanaşı, bütövlükdə Qafqazın sülh və sabitlik mərkəzinə çevrilməsi üçün Azərbaycan Prezidentinin təklif etdiyi “Altılıq” formatında əməkdaşlığın inkişaf etdirilməsinin indilikdə region dövlətlərinin hər birinin maraqlarına daha çox cavab verdiyini və bu formatda bərabərhüququlu münasibətlərin qurulmasından da yalnız region xalqlarının qazanacağını bir daha bəyan edir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi