Füzulidə İcma Resurs Mərkəzi açılıb
23-04-2021 [18:02]
Füzuli-Horadizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə reallaşdırılan İcma Resurs Mərkəzinin açılış mərasimi keçirilib.
Dövlət Komitəsindən bildirilib ki, "Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi" layihəsi çərçivəsində həyata keçirilən açılış mərasimində Dövlət Komitəsinin sədri Bahar Muradova, sədr müavini Sədaqət Qəhrəmanova, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, məzarı önünə çiçəklər düzülüb. Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək, Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsini yad ediblər.
Salamlama nitqi ilə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verib. O, həmçinin qeyd edib ki, dövlət qurumları ilə yanaşı beynəlxalq təşkilatların da bu məsələyə olan münasibəti bizi məmnun edir. Biz inanırıq ki, vətəndaşlarımız xidmətlərdən səmərəli istifadə edəcəklər.
Tədbirdə iştirak edən Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin açılışı münasibətilə iştirakçıları təbrik edib, həmçinin belə bir təşəbbüsün həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürünü bildirib.
B.Muradova əlavə edib ki, Füzuli, Ağcabədi və Tərtər rayonlarında açılışı gerçəkləşən İcma Resurs Mərkəzlərinin ilk növbədə əhalinin həssas qruplarına və onların sosial-iqtisadi problemlərinin həllinə hərtərəfli dəstək göstərməsini nəzərdə tutan ilkin bərpa və icmanın dayanıqlılığının təmin edilməsi proqramının əhəmiyyətli bir hissəsidir.
Qeyd edilib ki, fəaliyyət göstərəcək 3 mərkəz müharibədən zərərçəkmiş icmaların təcili ehtiyaclarının müəyyənləşdirilməsinə kömək edəcək və əsas diqqəti qadınlar, uşaqlar və əlilliyi olan şəxslərə yönəltməklə zərərçəkmiş vətəndaşlara yaşayış imkanları, psixososial və biznes məsləhət xidmətləri daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsini təmin edəcəkdir.
Bahar Muradova vurğulayıb ki, bu layihə eyni zamanda, qadınların əmək bazarına çıxış imkanlarının artırılması, onlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, peşə hazırlığının təkmilləşdirilməsinə kömək edəcək.
Daha sonra BMTİP-in Rezident nümayəndəsi Alessandro Frakassetti çıxış edərək tədbirdə iştirakından məmnunluğunu bildirib. O, Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. A. Frakassetti bildirib ki, hər kəs Mərkəzlərin təcrübələrindən faydalana bilər, xüsusilə qadınlar, gənclər, uşaqlar, həssas təbəqədən olan vətəndaşlar hüquqi və sosioloji yardım almaqla yanaşı, həm də iqtisadi dəstək ala bilərlər.
Tədbirin davamında layihə koordinatoru Əzizə Mehdizadə təqdimatla çıxış edib, həmçinin Dövlət Komitəsinin bir sıra nəşrləri Resurs Mərkəzinə təqdim edilib.
Çıxışlar dinlənildikdən sonra Füzuli sakinləri, eyni zamanda qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, disskusiya aparılıb. Tədbir müzakirələrlə davam edib.
Sonda yeni açılmış İcma Resurs Mərkəzinin nümayəndələri Dövlət Komitəsi adından şəhid ailələrinə hədiyyələr təqdim ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi