Azərbaycanda uşaqları döymək rəsmən qadağan edildi-Qanuni qadağa

img

08-01-2014 [13:54]


Azərbaycanda 14 yaşına qədər olan uşaqlara qarşı bütün hallarda cismani cəza qadağan olunur.

Milli Məclisin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, bununla bağlı yeni "Uşaqların cismani cəzadan qorunması haqqında” qanun layihəsi hazırlanıb, eyni zamanda yeni qanundan irəli gələrək Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr də ediləcək.

Yeni qanunda ailələrdə, uşaq evlərində, bağçalarda, məktəblərdə, eləcə də uşaq həbsxanalarında uşaqların cismani cəzadan qorunması ilə bağlı qabaqlayıcı müddəalar öz əksini tapıb. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.

Yeni qanundan irəli gələn müddəalara əsasən isə Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı məsuliyyət yaradacaq maddələr də əlavə olunacaq. Bura müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş 3 il müddətinə qədər həbs nəzərdə tutulur.

Yeni qanun bu sessiya ərzində Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA