Azərbaycanlı alim: "Yaydan sonra pandemiya ilə mübarizənin yeni mərhələsi başlayacaq"
21-04-2021 [11:56]
"Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusa yoluxma və ölüm hallarında artım müşahidə olunur. Bu da ən əsas insanların ehtiyatsızlığından və tətbiq edilən qaydalara bəzən riayət olunmamasından irəli gəlir. Təbii ki, hər kəs tələb olunanlara və virusa qarşı qızıl qaydalara əməl etsə, bu gün müşahidə etdiyimiz artım olmaya da bilərdi. Bununla yanaşı, ölkəmizdə vaksinasiya uğurla davam etdirilir və insanlarımız da prosesdə aktiv iştirak etməlidirlər".
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, hazırda əsas tələb peyvəndləmənin sürətlə aparılması və orada iştirak edən insanların da sayının artmasıdır: "Normal həyata tez qayıtmaq istəyən insanlar bilməlidir ki, əgər peyvəndləmə ilə paralel yoluxma sayı da artarsa, əsl təhlükə buradan başlayacaq. Bu zaman virusun yeni mutasiyasının əmələ gəlməsi gözləniləndir. Bu da peyvəndin təsirini azalda bilər. Ona görə də bütün bunlar peyvəndləmədə aktiv iştirakı və canlı ünsiyyətlərin sayının minimuma endirilməsini daha da zəruri edir. Məhz buna görə də insanlar canlı ünsiyyətlərin sayını azaltmalı, insanların çox olduğu yerlərə getməməli və ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamalıdırlar".
"Hər kəs başa düşməlidir ki, yalnız qaydalara riayət etməklə və peyvəndləmə nəticəsində normal həyata qayıtma prosesi tezləşə bilər. Bunun bariz nümunəsi kimi İsraili göstərə bilərik. Bu gün elmi tədqiqatlar göstərir ki, İsraildə peyvəndləmə nəticəsində virusa yoluxmalar 98 % azalıb. Bundan əlavə, peyvəndləmə İsraildə ağır kliniki gedişləri 93 %, ölüm hallarını isə 87 % azaldıb. 16 yaşdan yuxarı insanların 85 %-i peyvəndlənib və ya yoluxaraq artıq immunitet qazanıb. Bütün bu elmi əsaslı rəqəmlər bizə onu göstərir ki, yay fəslində normal həyat şəraitinin olmasını arzulayan insanlar indidən vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Yay fəslindən sonra isə peyvəndləmənin fərqli və ya təkrari tətbiqi ilə bütün dünya pandemiya ilə mübarizənin yeni mərhələsinə başlayacaq"- azərbaycanlı alim əlavə edib.
Qeyd edək ki, son günlər Azərbaycanda COVID-19-a yoluxma və ölüm hallarında artım qeydə alınır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistikaya əsasən, indiyədək ölkədə 303 858 nəfər virusa yoluxub, 4 203 nəfər ölüb. Onlardan 267 485 nəfər sağalıb. Hazırda 32 170 aktiv COVID-19 xəstəsi var.
Yanvarın 18-dən indiyə qədər Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə peyvənd olunanların sayı 899 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 452 997 nəfər təşkil edir/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi