Ramil Usubov polis rəislərini dəyişir - SİYAHI

img

08-01-2014 [12:53]



Daxili İşlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis şöbəsinin rəisləri dəyişdiriləcək 

Mia.az Aznews.az-a istinadən xəbər verir ki,  bununla bağlı nazirin əmri artıq hazırdır. Yaxın zamanda əmrin rəsmən elan ediləcəyi gözlənilir. Dəyişdiriləcək polis rəislərinin adı da artıq məlumdur. Bunlar Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev, Lənkəran Rayon Polis Şöbəsinin rəisi, polkovnik Möhübbət Hüseynov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Namiq Camalovdur.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA