PUTİNİN PLANI: "O, artıq təhdidlə danışır, bizim üçün ağır dövr gələcək, əgər..." - "Türk Ordusu üçün bazalara icazə verməliyik"
20-04-2021 [12:21]
"Bölgəmiz yenə qaynayır, çox vacib, həm də təhlükəli proseslər gedir, Rusiya öz rolunu gücləndirir, Qərb isə hələ də nə edəcəyini bilmir, hər addımda hələ ki, uduzur. Ola bilər ki, orta və uzun vadədə Qərb yenə öndə olsun, amma ABŞ və Avropa Birliyində ciddi cari liderlik problemi var, ən pisi odur ki, məsələ bugünün problemi deyil - 2007 Münxen Konfransınsa başlanan proses Rusiyanln güclənməsi xətti ilə gedir. Sonra 2008 Gürcüstan hadisələri oldu - Qərb heç nə edə bilmədi, sonra Krım, Donbas, Belarus hadisələri, nəhayət ərazimizə "sülhməramlı" adı altında ordu soxması - bütün bu hadisələr zəncirində, hələ ki, udan Rusiyadır".
Bu sözləri REAL funksioneri Natiq Cəfərli deyib.
O bildirib ki, Qərb post-soveti ya tanımır, ya tanımaq, öyrənmək istəmir, ya da ən pisi - Qərb post-sovet məkanını Rusiyaya təslim edir, uzun zamana oynayır:
"Düşünür ki, bütün post-sovet ölkələrinin problemlərini Rusiyaya yükləməklə Kremlin qəddini əyəcək, maddi, siyasi, iqtisadi yükə davam gətirməyən Rusiya sonda təslim olacaq. Məncə, çox riskli plandlr, hətta baş tutsa belə, bu keçmiş SSRİ respublikalarının bugününü qaralayır, xalqların gözünü qırır.
Qərbin son 1 ildə ən böyük səhvlərindən biri Belarusda oldu - Lukaşenko diktator, avtoritar olsa da, Krım və Donbasdan sonra gözü qorxmuşdu, Moskvadan məsafə olaraq uzaqlaşmaq, Qərblə yaxınlaşnaq istəyirdi. Hətta AB və ABŞ ilə danışıqlara başladı, ciddi səfərlər və görüşlər oldu, yeni sənədlər imzalandı, daha geniş sənədlər imzalanmaq üzrə idi. Məhz Lukaşenko Belarusun müstəqilliyini üstün tutaraq Rusiya ilə "İttifaq Dövlətinin" yaranmasına mane olurdu. Son seçkilərdən öncə Kreml orada oyun qurdu - Batkanın əsas rəqibləri məhz Kremlin adamları idi, seçkilərdən azı 1-1,5 il öncə Rusiya TV kanalları Lukaşenkonu aşağılamaqla məşğul idilər. Hətta "müxalifətin" əsas tribunası Rusiya kanalları idi. Seçkidən sonra Qərb səhv strategiya yürüdərək Rusiyanın əlinə oynadı, faktiki olaraq, Batkaya seçim qoymayaraq onu Kremlin qucağına itələdi".
N.Cəfərli aprelin 22-də Putin-Lukaşenko görüşünün olacağına diqqət çəkib:
"Moskva artıq elə bir vəziyyət yaratdı ki, Batka indi hər şeyə razıdır - ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək - bu SSRİ-nın xortlamasının təməli ola bilər. Kreml sonra çox asanlıqla Qırğızıstanı "udacaq" - orada son hakimiyyət dəyişikliyi məhz bunun üçün idi, daha sonra növbə Qazaxstana çatacaq, növbəti addım kimi Donbası tərkibinə qatacaq, amma bizim üçün ən təhlükəli məqam Ermənistandlr - əgər Kreml yayda bu ölkədə keçirilən seçkilərdə planladığını etsə, rəsmi İrəvan yeni "SSRİ"-yə daxil olacaq, zatən son hərbi məğlubiyyət bunun əsasını yaratmağa səbəb oldu - Ermənistana mesaj verildi ki, təkbaşına, ayının dəstəyi olmasa ölkə kimi mövcudiyyəti sual altına düşəcək".
Partiya funksioneri deyib ki, vəziyyət qəlizdir, əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək:
"Kreml artıq açıq-açıq Duqinin dili ilə həm təhdid edir, həm də Azərbaycanı "SSRİ-yə" dartır. Yaxşı, bəs nə edək?! Əgər 22 Apreldə Moskvada "SSRİ-nin" xortlaması layihəsinə start verilsə, biz həmən Türkiyə ilə "İttifaq Dövləti" müqaviləsi bağlamalı, Türk Ordusu üçün həmən bazalara icazə verməliyik. Başqa yol yoxdur, əgər seçim ya "SSRİ", ya da Türkiyə ilə Konfederasiyadırsa, məncə, düşünmək belə artıqdır, seçim bəllidir, yeni Konfedarativ Dövlət, Ankara-Bakı birliyi - ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik.
Çox təəssüf ki, Kollektiv Qərb daha uzun zamana hesablanmış oyun oynayır, qısa vadədə hamımızı "yem" kimi Kremlin ağzına atır, bilir ki, Moskva bunu "həzm" edə bilməyəcək, sonda "boğulacaq", amma buna böyük zaman lazımdır, bizim isə zamanımız yoxdur - ən böyük uğurumuz və dəyərimiz olan müstəqilliyimiz sual altına düşə bilər".
N.Cəfərli onu da əlavə edib ki, əgər aprelin 24-də Bayden qondarma hadisəyə "genosid" desə, bu Qərblə Türkiyə, Azərbaycsn arasında gərginliyi artıracaq, buna da hazır olmalayıq:
"ABŞ bunu etsə, Türkiyə və Azərbaycanı özündən uzaqlaşdıracaq, bizim isə başqa gedəsi yerimiz yoxdur, deməli birgə addımlamaq lazımdır".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi