Səxavət Tağlar: "Gənclərə qayğı göstərmək, kömək etmək, birgə səmərəli fəaliyyətdə olmağı özümə şərəf bilirəm" - Müsahibə
19-04-2021 [16:24]
İmişli rayonunun R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbində gənc müəllimlərə göstərilən qayğı və diqqət barədə çox eşitmişik.
Eşitdiklərimizə aydınlıq gətirmək üçün məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Səxavət Tağlarla (Tağıyev) həmsöhbət olaraq, onun fəaliyyət sferasının gənc müəllimlərin əməyinə ayna tutan, stimul verən bəzi məqamları birlikdə bölüşdük:
- Səxavət müəllim, biz İmişli Fəal və Gənc Müəllimlər Assosiasiyası olaraq bir çox layihələrə start vermişik. İstəyirik Sizinlə “ Ustad pedaqoqlarımızın tövsiyə və məsləhətləri” rubrikamıza başlayaq. Nə düşünürsünüz?
̶ Bəri başdan deyim ki, sizin fəal izləyicinizəm. Bütün yazılarınızı oxuyub, münasibət də bildirirəm. Gənclik böyük qüvvədir. Başqa sahələrdə olduğu kimi Azərbaycan təhsilində də istedadlı, işgüzar, peşəsini ürəkdən sevən, sağlam əqidəli böyük gənclər ordusu formalaşıb. Onların nümayəndəsi kimi Sizlərin - təhsilimizin gənc elitası, kreativ düşüncə və yaradıcı qüvvəsi kimi mənim tövsiyə və təkliflərimə marağınızdan məmnunam. Çox sağ olun!
Təhsil Nazirliyi sistemində mövcud kadr siyasəti istedadlı gənclərin üzə çıxarılması, onların əməyinin bilik və bacarıqlarına görə dəyərləndirilməsi məsələsini önə gətirdi. Gizli deyil ki, bir aralar müəllimlər arasında dərs yükü təcrübə və qeyri-müəyyən prinsiplərlə tənzimlənirdi. Nə yaxşı ki, bu qaydalar arxada qaldı. Hər bir müəllim işlədiyi kollektivdə MİQ və DQ ballarına görə mövqeyini, yerini və dərs yükünü bilir.
- İstərdik fəaliyyətinizin gənclik illəri və bu gün gənclərlə işləriniz barədə danışasınız.
- İllər öncəsi bir gənc müəllim kimi əmək fəaliyyətinə başladım. Az zaman kəsiyində direktor müavini və məktəb direktoru təyinatı aldım. Məktəb direktoru olanda 30 yaşım var idi. Kollektivdə ən gənc müəllim idim. Təcrübəli müəllimlərlə, müdrik insanlarla oturub-durmağı xoşlayırdım.
Bu gün isə kollektivimizin əksəriyyəti gənclərdir, onlarla işləyirik. Gənc müəllimlərin fəaliyyətini həmişə diqqətdə saxlayıram. Onlarla işi həm vəzifə funksiyam, həm də bir mənəvi borc bilirəm. Onlar öz qayğı və problemlərini mənə deməkdən çəkinmirlər. Məktəbimizin bütün uğurlarında gənc müəllimlərin əməyi var. Bütün fənlər gənclərin hesabına ixtisas müəllimləri tərəfindən tədris olunur. Gənclərlə işimiz hər zaman Təhsil Şöbəsi və Təhsil Nazirliyi tərəfindən təqdir olunub.
"Təyinatçı müəllimlər nə düşünür?" layihəmiz Təhsil Nazirliyi tərəfindən bəyənilərək, onların təqdimatında yayılmışdır. Gənc ingilis-dili müəllimimiz Könül Əmirova pedaqoji mühazirələrin rayon turunda 1-ci yeri tutaraq respublika turunda iştirak etmişdir. Məktəbimizin səhifəsini işlətməyə məsul olan iki gənc müəllimimiz- Asim Hüseynli və Taleh Cavadov rayonumuzun təhsil uğurları barədə ölkə mətbuatında dəfələrlə çıxışlar etmişlər. Asim müəllimin bu günlərdə 525-ci qəzetdə Təhsil Şöbəsinin müdiri, hörmətli Ələmdar Quliyevlə "Cari dərs ili koronavirus pandemiyasına görə xüsusi özəlliklər tələb edir" sərlövhəli müsahibəsi pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Elə həmin ərəfədə məktəbimizin gənc biologiya müəllimi Taleh Cavadov A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin təcrübəli biologiya müəllimi Leyli Əliyeva ilə VI sinif şagirdləri arasında "Çiçək, çiçək qrupları" mövzusunda "Məktəblərarası onlayn bilik yarışları"na start verdikləri üçün hər ikisi Təhsil Şöbəsinin Fəxri Fərmanına layiq görüldülər.
İxtisasını mükəmməl bilən gənc təyinatçı müəllimlərimiz - Elşən Zamanov, Nübar Sadıqova, Şəbnəm Əlizadə, Çiçək Dadaşlı, Qaməddin Sadıqov və Samirə Zeynalova daim axtarışdadırlar, dərslərini ən müasir tələblər səviyyəsində qurmağı bacarırlar. Hər biri digər ərazilərdən gələn bu gənc müəllimlər məktəbdə və kənddə özlərini çox doğma bilirlər. Yaratdığımız sağlam münasibət və işgüzar mühit onlar tərəfindən rəğbətlə qarşılanır.
- Yaradıcı və tanınmış pedaqoq, məktəb rəhbəri kimi gənc müəllimlərə nələri tövsiyə edərsiniz, məsləhətləriniz?
- Müəllimlik şərəfli bir peşədir. O peşəni seçən hər bir kəsin sağlam mənəvi dünyası olmalıdır. Uşaqları sevməlidir, qayğıkeş olmalıdır. Özündə hər gün öyrənmək, yeni biliklər qazanmaq, yaradıcı fikir mübadilələrinə qoşulmaq istəyi formalaşdırmalıdır.
Müşahidələrim əsasında onu deyim ki, məktəbə yeni gələn müəllimlərin hamısı yaxşıdır. Pis müəllim yoxdur. Onlar düşdüyü kollektivdə formalaşır. Kollektiv üzvlərinin şəxsi nümunəsi, orada olan sağlam mənəvi-psixoloji mühit və rəhbərliyin qayğısı olmadan gənc müəllim inkişaf edib formalaşa bilməz. Bunun üçün bizim məsuliyyətimiz böyükdür. Yeni gələn müəllimlər əraziyə və kollektivə uyğunlaşana kimi onlarda ünsiyyət (kommunikativ) bacarıqları formalaşması diqqətdə saxlanılmalıdır. Gənc müəllimlərimizin ixtisasları üzrə bilik səviyyəsi - akademik qabiliyyətləri çox yaxşıdır, işə yanaşım tərzləri, pedaqoji ustalıqları, yəni didaktik qabiliyyətləri qismən yaxşıdır, iradi-emosional qabiliyyətləri - özünü idarə etmək, kollektivə uyğunlaşmaq, səbirli olmaq isə əvvəldə söylədiyim kimi işlədiyi kollektivdən çox asılıdır.
Söhbətin bu yerində deyim ki, gənc müəllimlərlə işimizi uğurlu sayıram. Onlara qayğı göstərmək, kömək etmək, birgə səmərəli fəaliyyətdə olmağı özümə şərəf bilirəm.
- Səxavət müəllim, pedaqoji ictimaiyyət Sizi həm də bir ədəbiyyat adamı, yazıçı kimi də tanıyır. Yeri gəlmişkən, yaradıcılığınız barədə də fikirlərinizi eşitmək istərdik.
̶ Pedaqoji fəaliyyətlə ədəbi yaradıcılığı həmişə qoşa aparmışam. AYB-nin üzvüyəm. Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsi üzrə məsul katibəm. "Qarabağ düşüncələri", "Gecikmiş məktub", "Ana fəryadı", "Bir nəslin dörd fəsli", "Şərqin bülbülü" ədəbi-bədii kitabların və eyni zamanda, "Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi" adlı metodik vəsaitin müəllifiyəm. Xalq ədibləri Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığı barədə yazdığım "Bir nəslin dörd fəsli" kitabım Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. Hazırda "Rəngli ağrılar" adlı esse və hekayələrdən ibarət yeni yaradıcılıq nümunəm çapa hazırlanır.
- Başqa nə demək istərdiniz?
̶ Təşəkkür edirəm. Biz siz gənclərə güvənirik. Təhsilimiz gənclərlə yeni inkişaf mərhələsində olacaq.
Həmsöhbətləşdi: Yusif Kəngərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi