Yasamal İcra Hakimiyyətinə də xanım müavin gəldi

img

07-01-2014 [18:16]


Sevil Əliyeva Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib. "Axar.az"ın əldə etdiyi məlumata görə, Sevil Əli qızı Əliyeva bundan əvvəl Prezident Administrasiyasının Kadrlar Şöbəsində baş məsləhətçi işləyib. Xatırladaq ki, bütün yerli icra hakimiyyətlərində başçının müavinlərindən birinin, xüsusən də humanitar məsələlər üzrə müavinin qadın kadrlardan təyin edilməsi ilə bağlı Prezident Administrasiyasının göstərişi olduğu barədə məlumat vermişdik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA