DİM sədrindən imtahanlarla bağlı yeni - Açıqlamalar
17-04-2021 [17:39]
"Almaniyanın Münxen Universitetinin professoru Ludger Woessmann tərəfindən həyata keçirilən ATƏT üzvü olan ölkələri və Almaniyanın əyalətlərini əhatə edən araşdırmanın nəticələri göstərir ki, mərkəzləşmiş imtahan sistemi olan ölkələrdə məktəblilərin fənlər üzrə bilikləri qeyri-mərkəzi sistemli ölkələrə nisbətən daha yüksəkdir. Müəllifin fikrincə, bu fərq orta hesabla bir illik tədris fərqinə bərabərdir".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "mərkəzi imtahan sistemi nəyə görə zəruridir" sualını cavablandırarkən deyib.
O bildirib ki, eyni araşdırmaya əsasən mərkəzləşmiş sistemlərdə imtahan vermiş gənclər gələcəkdə əmək bazarında da daha çox uğur əldə edirlər:
"Digər tərəfdən Rusiya Ali İqtisadiyyat Məktəbi (AİM) tərəfindən keçmiş sovet respublikalarının imtahan sistemlərinin təhlilinə həsr olunmuş 2020-ci ildə nəşr olunmuş tədqiqatda mərkəzləşdirilmiş imtahan sisteminin ali məktəblərə qəbul prosesində korrupsiyanın qarşısını almaq və aşağı sosial-iqtisadi statusa malik ailələrdən olan abituriyentlərin ali təhsilə əlçatanlığını təmin etmək üçün səmərəli vasitə olduğu qeyd olunur. Bəzi tədqiqatçılar mərkəzi qiymətləndirmə sisteminin əsas çatışmazlığı kimi müəllimlərin təşəbbüs və yaradıcılıq qabiliyyətini zəiflətməsini və onların tədris prosesini imtahanlarda nəticə alınacaq şəkildə qurduğunu irəli sürürlər. Lakin bu da bir həqiqətdir ki, müəllimlərin fərdi qiymətləndirmələri öz subyektiv yanaşması və konkret sinfin səviyyəsi əsasında formalaşır ki, (psixologiyada bu fenomen “balaca göldə böyük balıq effekti” adlanır), bu da bir çox halda milli standartlardan uzaq olur və ölkə üzrə real müqayisə aparılmasına əngəl törədir".
M.Abbaszadə vurğulayıb ki, ümumiyyətlə, imtahanların təhsil prosesinə təsiri məsələsi bütün dünyada elmi ictimaiyyət tərəfindən qızğın müzakirələrə səbəb olur və bu barədə hələ ki, vahid fikir formalaşmayıb:
"Bəzi alimlər yüksək əhəmiyyətli imtahanların istər-istəməz müəllimlərin və tələbələrin tədris yanaşmasına təsir etdiyini və onların daxili öyrənmə motivasiyasını zəiflədərək xarici motivasiyasını, yəni imtahandan yüksək nəticə almaq xatirinə öyrəndiyini irəli sürür. Digərləri isə ümumiyyətlə mərkəzləşmiş imtahanların üzərinə belə bir missiya qoymağın düzgün olmadığını qeyd edir. Belə ki, bu imtahanların məqsədi sadəcə seçmə həyata keçirməkdir. Onların fikrincə bu halda bütün günahı imtahanların üzərinə atmaqdansa, diqqəti müəllim və valideynlərin mentaliteti üzərində işləməyə yönəltmək lazımdır".
"Təbii ki, tələbələrin imtahanların formatı ilə tanış olması onların imtahan zamanı özlərini rahat hiss etmələri baxımından faydalıdır. Lakin bu heç də o demək deyil ki, dərslər yalnız imtahan testləri üzərində qurulmalıdır. Bütün proses iştirakçıları bilməlidirlər ki, imtahanda tədris prosesində əldə olunmuş bilik və bacarıqlar müəyyən bir forma (test) çərçivəsində qiymətləndirilir və əsas olan bu forma yox, əldə olunan bacarıqlardır. O, da qeyd olunmaldır ki, uşaqlara mövzuların bütün aspektlərinin öyrədilməsi, onlarda mürəkkəb idraki qabiliyyətlərin və davamlı öyrənmə vərdişlərinin formalaşdırılması yüksək dərəcədə zehni əmək və peşəkarlıq tələb edən prosesdir. Peşəkarlıq səviyyəsi və motivasiyası aşağı olan bəzi müəllimlərin bu uzun və zəhmətli prosesi keçmək əvəzinə qısa yoldan gedərək tədris prosesini test sualları üzərində qurmağa üstünlük verməsi ehtimalını da nəzərə almaq lazımdır", - o, bildirib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi