Rza Zərrab istefa verdi

img

07-01-2014 [18:14]


Rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrab "Sarkuysan” şirkətindən istefa verib.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, şirkətin yaydığı açıqlamada bildirilir ki, Zərrab yanvarın 6-da "Sarkuysan”ın idarə heyətindən istefa verib.

Şirkətin idarə heyəti üzvlərindən biri mətbuata açıqlamasında Zərrabın hələ ötən ilin iyununda 41 əleyhinə 40 lehinə səs toplamasına baxmayaraq şirkətin idarə heyətinə seçildiyini bildirib. O, Zərrabın "Sarkuysan” idarə heyətinə seçilməkdə maraqlı olmasının isə indiyə qədər hər kəsə qaranlıq qaldığını deyib.

Qeyd edək ki, iş adamının şirkətin idarəçiliyində ciddi cəhdlə yer almağa çalışmasına İrana qızıl ticarəti üçün yeni yollar axtarışının səbəb olması kimi versiyalar da irəli sürülürdü.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA