DYP-dən sürücülərə texniki baxışla bağlı - Xəbərdarlıq
16-04-2021 [17:40]
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar sürücüləri maraqlandıran məsələlərin operativ şəkildə öyrənilməsi üçün “012-511-08-40” nömrəli “qaynar xətt” yaradılıb.
Qurum rəsmisi qeyd edib ki, yaradılan “qaynar xətt” saat 08:00-dan 18:00-dək sürücülərin və avtomobil sahiblərinin ixtiyarındadır. Məqsəd isə sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsi ilə bağlıdır: “Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər”.
Vaqif Əsədov onu da xatırladaraq bildirib ki, Bakı şəhəri üzrə 2 ərazidə avtomobillərin diaqnostika mərkəzləri yerləşir. Bunlardan biri Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzidir, digəri isə Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yanında fəaliyyət göstərir: “Paytaxt və Bakı ətrafı ərazilərdə yaşayan avtomobil sahibləri və sürücülər sözügedən məntəqələrdə şənbə-bazar günləri də daxil olmaqla saat 08:00-dan 18:00-dək nəqliyyat vasitələrini təqdim edə bilərlər”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi