Matviyenko Sahibə Qafarova ilə bir arada: "Bu sənəd regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir"
16-04-2021 [17:33]
Bu gün Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Mia.az MM-ə istinadla xəbər verir ki, Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan sıx parlamentlərarası əlaqələrin daha da inkişafı baxımından çox əhəmiyyətlidir.
Qeyd edilib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Valentina Matviyenko münasibətlərin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verir.
Federasiya Şurasının sədri üçtərəfli 10 noyabr bəyanatından danışaraq qeyd edib ki, bu sənəd regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Valentina Matviyenko Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunaraq Mərkəzin düzgün və obyektiv məlumatların verilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Söhbətdə region dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti də qeyd olunub.
Milli Məclisin Sədri Sahibə Qafarova görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına yeni impuls verir. O, deyib ki, Azərbaycan və Rusiyanın MDB PA çərçivəsində əməkdaşlığı iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin inkişafında müsbət rol oynayır. Bildirilib ki, son zamanlar ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq daha intensiv xarakter alıb və bir çox sahələri əhatə edir.
Parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin parlamentlərinin rolunu qeyd edib. Sahibə Qafarova bildirib ki, həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qrupları pandemiya başa çatandan sonra öz fəaliyyətlərini daha sıx şəkildə davam etdirəcəklər.
Milli Məclisin Spikeri MDB PA-nın yaz sessiyası çərçivəsində terrorizmlə mübarizəyə həsr olunmuş konfransın keçirilməsini alqışlayaraq qeyd edib ki, terrorizm müasir dövrün ən qorxulu çağırışlarından biridir. Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan Sədr 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın önəmini qeyd edib və əlavə edib ki, bu sənəd bölgədə uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. O, ölkəmizin sənəddən irəli gələn bütün vəzifələri tam şəkildə yerinə yetirdiyini diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova təəssüflə bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər göndərməsi barədə informasiyalar daxil olur. Azərbaycan tərəfində olan məlumata görə, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsi ilə Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə göndərilib və bu diversiya qrupları Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər. Bu, birgə bəyanatın bəndlərinin kobud şəkildə pozulmasıdır, regionda sülhün və təhlükəsizliyin təminatına zərər verir.
Sahibə Qafarova Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunaraq qeyd edib ki, Ermənistan minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırır. Bu isə beynəlxalq hüquq normalarına ziddir, hərbi cinayətdir. Sədr beynəlxalq ictimaiyyətin bu məsələdə Ermənistana təzyiq göstərməsinin də vacib olduğunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi