Ərdoğandan türk və yunan nazirin "atışması"na reaksiya: "Nazir ona həddini bildirdi"
16-04-2021 [15:27]
Siz bizim Yunanıstanda 150 min soydaşımızın yaşaması üçün lazımi şərait yaratmırsınız”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Üsküdarda Kərəm Aydınları məscidində qıldığı Cümə namazından sonra Yunanıstanın xarici işlər nazirinin Türkiyəyə səfərini dəyərləndirərkən bildirib.
Onun sözlərinə görə, Yunanıstanın xarici işlər naziri Türkiyəyə səfəri zamanı Fənər rum keşişi ilə görüşüb və bunun üçün ona hər cür şərait yaradılıb: "Onların dini ayinlərini icra etmələrinə və bu dini icmanın özünə lider seçməsinə mane olunmur".
Ərdoğan deyib ki, Yunanıstan Lozanna anlaşmasını pozur: "Yunanıstanda müsəlmanların dini liderinin Türkiyədən təyin edilməsinə qarşı çıxır. Xarici işlər nazirimiz yunanıstanlı həmkarına həddini bildirdi, daha mülayim ola bilməzdi. Lozanna müqaviləsinə əsasən, sizlər Yunanıstandakı müsəlmanlar üçün müfti təyin edə bilməzsiniz. İllərdir münasibətlərin düzəlməsi üçün əlimizdən gələni edirik. Atılacaq bütün addımları atmışıq. Ancaq münasibət düzəlmir”/Report.
Ərdoğan daha sonra deyib ki, xarici işlər nazirimiz Mövlud Çavuşoğlu yunan həmkarı Nikos Dendiasa həddini bildirib: "Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin həllinə başqa ölkələrin müdaxiləsi arzuolunan deyil. Yunanıstanda 150 min soydaşımıza lazımi diqqət göstərilmir".
Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias aprelin 14-də Türkiyədə səfərdə olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında yunanıstanlı nazir Türkiyəni ölkəsinin hüquqlarını pozmaqda ittiham etmişdi. Mövlud Çavuşoğlu bunun qəbuledilməz olduğunu və Yunanıstanın reallıqları təhrif etdiyini bildirib. Çavuşoğlu Yunanıstanın türklərə qarşı ayrı-seçkilik siyasətini, müftinin təyin edilməsində qanun pozuntusunun olduğunu xatırladaq vəziyyətin düzəlmədiyni bəyan etmişdi.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi