Zelenskidən Türkiyəyə mesaj: “Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz”
16-04-2021 [13:08]
“Avropa İttifaqı, Şarl Mişel, Emmanuel Makron, Angela Merkel, Avropanın bir çox dövlət və hökumət başçısı bizi - Ukraynanı dəstəkləyir. Lakin söhbət Avropanın təhlükəsizliyindən gedir”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.
“Aİ liderləri Avropada təhlükəsizliyin Ukraynadan asılı olduğunu söyləyirsə, biz də bunun əvəzini qurbanlarla ödəyiriksə - artıq 14 mindən çox insan həlak olub - o zaman biz müəyyən bir statusa sahib olmalıyıq. Ukrayna özünü Aİ və NATO-da qonaq kimi hiss edə bilməz. Biz orda olmaq istəyirik. Düşünürəm ki, buna çoxdan layiq idik. İnanıram ki, biz Avropa İttifaqında olmalıyıq, NATO-nun Üzvlük Fəaliyyət Planını almalıyıq. Həmişə deyirəm ki, Ukrayna belə bir statusa sahib olmalıdır. O zaman ukraynalılar özlərini yalnız hiss etməyəcək”/APA.
Zelenski Türkiyə ilə münasibətlərdən də danışıb.
Bildirib ki, Türkiyə ilə çox yaxşı münasibətləri və ortaq maraqları var.
Onun sözlərinə görə, Ukraynanın Türkiyə ilə hazırda ticarət dövriyyəsi 5,5 milyard dollar təşkil edir və bunu iki dəfə artırmaq niyyəti var: “Mən Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyədən nümayəndə heyətinin ölkəmizə səfər edərək bizə dəstək verməsini istərdim. Düşünürəm ki, bu, belə də olacaq”.
V. Zelenski “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın NATO-ya üzvlüyünə kömək edəcək?” sualına cavab olaraq qeyd edib ki, Qara dəniz bölgəsində əməkdaşlıq vacibdir: “Təhlükəsizlik baxımından Türkiyədən çox şey asılıdır. Beynəlxalq platformalarda gördüklərimə və eşitdiklərimə əsasən, Türkiyənin Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini bilirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi