İlham Əliyev açılış etdi

img

07-01-2014 [14:02]


Bu gün paytaxtda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Onlar Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib. Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə işçiləri ilə görüşüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA