Səhiyyə Nazirliyindən epidemiya xəbərdarlığı

img

07-01-2014 [12:32]


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) respublika ərazisində yayılmış xəstəliklə bağlı açıqlama verib. 

RGEM-nin Hava damcı infeksiyaları bölməsinin rəisi Nəzifə Mürsəlova Movqe.az-a açıqlamasında bildirib ki, hazırda əhali arasında yeni yayılmış xəstəliyin qrip növü olduğu barədə məlumatlar dolaşsa da, bu xəbərlər doğru deyil: "Müraciət edən xəstələrdən götürülən analizlər Respublika Taun Əleyhinə Stansiyada laborotoriyada yoxlanılır. Hələki qrip virusunun hansısa növü təsdiqlənməyib. Hazırda əhali arasında yayılmış xəstəlik kəskin respirator infeksiya epidemiyasıdır".
N. Mürsəlova bildirib ki, mətbuatda əhali arasında yayılmış xəstəliyin H3N2 virusu olduğu barədə xəbərlər yayılsa da belə bir qrip növünün ölkə ərazisində olduğu təsdiqlənməyib: "Yenə də deyirəm əhali arasında hazırda yayılmış xəstəlik kəskin respirator infeksiya epidemiyasıdır. Bu xəstəliyin artmasının səbəbi isə tam sağalmamış yataq rejimindən qalxmaqdır ki bu xəstəliyin yayılmasına və şiddətlənməsinə səbəb olur. Bu cür xəstələr çalışmalıdırlar ki, tam sağalanadək yataq rejimində olsunlar. Fərdi qorunma üsullarından istifadə etməklə xəstəlikdən qorunmaq mümkündür".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA