Müğənni Elnar Xəlilovun bəraət hökmü qüvvədə saxlanılıb - Məhkəmə prosesi

img

15-04-2021 [14:37]


Bakı Apelyasiya Məhkəməsində müğənni Elnar Xəlilov barəsində olan bəraət hökmündən verilən apelyasiya protestinə baxılıb.

Bu barədə APA-ya müğənninin vəkili Gülnar Quluzadə məlumat verib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq məhkəmə qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən müğənniyə bir müddət əvvəl Xəzər Rayon Məhkəməsinin qərarı ilə bəraət verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR