Bacısını öldürən, yeznəsinin qulağını kəsən... - Azərbaycanlı avtoriteti güllələyən Mətləb Sultanov planı necə qurub?
15-04-2021 [13:57]
Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında “Albert Rıjiy” (“Kürən Albert”), “Alik Gəncinski” ləqəbləri ilə tanınan azərbaycanlı kriminal avtoritet Əli Heydərovu güllələyən killer Mətləb Sultanov düz bir il onu təqib edib. Və sifarişçidən əmr gözləyib.
Killer “Al yelkən” kompleksində mənzil kirayələyib və kompleksin fitnes-klubuna üzv yazılıb, hansı ki, Əli Heydərov müntəzəm olaraq orada idmanla məşğul olurdu.
Sultanov sifarişçilərdən komanda gözləyib və qətl üçün əlverişli məqam seçib. Üstəlik bu müddət ərzində öz şəxsi həyatını da qurub, kirayə mənzildə sevgilisi ilə yaşayıb. Ona özünü biznesmen kimi təqdim edib, fitnes-mərkəzinə qadınla birlikdə gedib evə nadir hallarda baş çəkib. Qadın bildirib ki, Mətləb Sultanov messencerlərdəki yazışmaları silirdi və fotosunu çəkməyə icazə vermirdi. Hazırda o, öz dostundan uşaq gözləyir.
Mətləb Hüseynov qurbanını təqib etdiyi müddətdə sifarişçidən iri məbləğdə pul alıb və həmin pula xərclərini ödəyib. Ehtiyat üçün Moskvanın başqa səmtində də mənzil kirayələyib. O, aprelin 14-də həmin mənzildə yaxalanıb.
![]()
Saxlanılarkən “Kürən Albert”i onu telefonda söydüyü üçün öldürdüyünü deyib, lakin bu versiya müstəntiqlər üçün inandırıcı deyil. O, hələlik sifarişçinin adını çəkmir. Bəzi məlumatlara görə, “Albert Rıjiy” “Lotu Quli”nin ölümünü sifariş verdiyi üçün öldürülə bilərdi, lakin kriminal dairələrə yaxın mənbələr deyirlər ki, bu ağlabatan deyil. Çünki Əli Heydərov “Lotu Quli”nin qətlini sifariş verəcək qədər nüfuzlu biri deyildi.
Əli Heydərovun arvadı Olqa “Moskovskiy Komsomolets”ə deyib ki, ərinin işlərindən məlumatlı deyildi, onunla ancaq ailə məsələlərini müzakirə edirdi. Və Heydərovun öldürülməsini kimin sifariş verə biləcəyi haqda anlayışı yoxdur. Mətləb Sultanovu isə ilk dəfədir görürlər və ərinin onunla hər hansı tanışlığı olmayıb.
Yaxınları deyrlər ki, “Albert Rıjiy” həmişə iki silahlı cangüdənlə gəzirdi. Cangüdənlər onu evdən çıxan kimi hər yerdə müşaiyət edirdilər, hətta fitnes-kluba da birlikdə gedirdilər. Baxmayaraq ki, fitnes-klub evdən 2 dəqiqəlik piyada məsafəsindədir. Cangüdənlər Əlini soyunub-geyinmə otağına qədər müşaiyət edirdilər və idman edib bitirənə qədər orada gözləyirdilər.
Həmin gün aprelin 12-də Əli Heydərov idman etməyə gedəndə cangüdənə tapşırıb ki, iki maşını yusun. Cangüdən isə şefin idmanı başa çatana qədər ancaq bir maşını yumağa vaxt tapacağını, o biri maşını sabah “moyka”ya aparacağını deyib. Kriminal avtoritet cangüdəni maşın yumağa göndərərək idman zalına tək gedib və bu da onun acınacaqlı səhvi olub.
Killerə gəldikdə isə o, 2008-ci ildə bacısını qətlə yetirib, yeznəsinin qulağını kəsib və bu cinayətə görə həbsdə olub. Dediyinə görə, həbsdə "Albert Rıjiy"lə birlikdə "yatıb".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi