Lukaşenko ilə İlham Əliyev arasında maraqlı dialoq: "Nə istəyirsən, danış...” - Belarus lideri ermənilərlə bağlı maraqlı fakt açıqladı
15-04-2021 [13:09]
Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı maraqlı epizod danışıb.
Mia.az xəbər verir ki, o, vaxtilə İlham Əliyevin Qarabağ məsələsinin dinc yolla həll edilməsi üçün onun vasitəsilə Ermənistana təklif göndərdiyini deyib:
“Mən, əlbəttə, prezident olmayanda İlham Heydər oğlunun erməni xalqına və Ermənistan rəhbərliyinə bu münaqişəni nizamlamaq üçün nə təklif etdiyi haqda bir çox yaxşı şeylər danışacam. Onun mənə dediyi təkliflərdən biri belə idi: “Qulaq as, sən ermənilərə çatdır, sənin onlarla yaxşı münasibətlərin var, mən təkcə Qarabağın bərpasına hazır deyiləm, Ermənistanı da dirçəltməyə hazıram, o vaxt neft yüz dollara olanda, sən mənə bunu dedin. Mən, hətta bax, indi ödəməyə hazır olduğum məbləği demirəm. Onlara çatdır ki, bu məsələni dinc yolla nizamlamaq lazımdır”.
Əlavə edib ki, ilk dəfə bu məsələni açıqlayır.
“Lakin mən bunu indi ilk dəfə açıqlayıram. Fikrimcə sən mənim bu cür danışmağıma qarşı deyilsən?”,-Lukaşenko onunla yanaşı oturan Azərbaycan prezidentinə müraciət edib.
“Aleksandr Qriqoryeviç, nə istəyirsən danış...(gülür). Artıq sən hər şeyi dedin”,-Azərbaycan prezidenti cavab verib.
Lukaşenko əlavə edib ki, erməni tərəfi Azərbaycanın təklifindən imtina edib:“Bax belə oldu...Erməni rəhbərliyi bundan imtina etdi. Paşinyana qədər olanlar. Bax, belə təkliflər də olmuşdu”.
Qeyd edək ki, ötən il Ermənistanda Lukaşenko ilə keçmiş prezident Serj Sərkisyan arasında 2016-cı ilin oktyabrında KTMT sammiti zamanı baş tutmuş söhbətin səs yazısı yayılmışdı. Həmin söhbətdə Lukaşenko bildirdi ki, Əliyev ətraf rayonların azad edilməsinə görə Ermənistana 5 milyard dollar investisiya təklif edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi