"Ermənistan bu silahları haradan və necə əldə edib?" - Vitse-spikerdən açıqlamalar
14-04-2021 [17:00]
"İşğal altında olan ərazilərimiz hər zaman yerli və xarici gündəliklərimizdə əsas yer tutan məsələlərdən biri olub. Belə ki, düşmənin 30 ilə yaxın müddət davam edən özbaşınalıqlar, habelə işğalla yanaşı, müxtəlif vaxtlarda həyata keçirdiyi təxribatlar barədə həqiqətlərin dünyaya çatdırılması daim bizim üçün prioritet məsələ olub".
Bunu Milli Məclisin sədrinin müavini Adil Əliyev deyib.
Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Vətən müharibəsində Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirdiyi hücumlarına diqqət çəkərək, bununla düşmən dövlətin beynəlxalq humanitar hüququn tələblərini pozmasını bildirib: "Ermənistan tərəfinin müharibə dövründə mülki əhalimizin yaşadığı və cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutması, Gəncə şəhərinə ballistik raketlərin atılması Ermənistanın əsl simasını dünyaya bir daha nümayiş etdirdi. Ballistik silahlardan mülki əhaliyə qarşı qəddarcasına istifadə edilməsi Ermənistanın təcavüzkar xislətinin bariz nümunəsidir. Bu raketlərin əsas hədəfi mülki əhalinin yaşadığı evlər idi, atışların gecə vaxtı həyata keçirilməsinin məqsədi isə mülki əhalinin evdə olarkən qətlə yetirilməsi idi.
Lakin buna baxmayaraq, Şanlı Azərbaycan ordusu tərəfindən Hadrutda ermənilər tərəfindən yaşlı olduqları üçün özləri ilə aparmadıqları qocalara normal rəftar edildi, onlar xəstəxanalarda müayinə və müalicə olundu. Sonra Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinə müraciət edərək onların öz ölkələrinə qaytarılmasını təmin edib".
Deputat bildirib ki, Ermənistan silahlı qüvvələri hətta yas mərasiminə belə hücum etməkdən çəkinməyib: "Onların istifadə etdiyi “İsgəndər-M” raketi ilə bağlı məsələ isə hazırda da gündəmdədir. Azərbaycan dövləti olaraq bu gün Ermənistandan bu silahların haradan və necə əldə etdikləri barədə rəsmi cavab tələb edirik. Ermənistan müharibədə məğlubiyyətə uğrayıb, çoxlu itki verib və bu gün də bu ölkədə qeyri-sabit, acınacaqlı vəziyyət hökm sürür. Ermənistan artıq bilməlidir ki, Azərbaycanın dəmir yumruğu hər zaman yerindədir və onların qisasçılıq niyyəti özlərinin süqutu ilə nəticələnəcək.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra bizim əsas amalımız sülhün dəstəklənməsi məqsədilə konstruktiv mövqeyin nümayiş etdirilməsidir. Azərbaycanlılar və ermənilər arasında münasibətlərin qurulması qarşılıqlı istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Eyni zamanda, müharibədən sonra biz əməkdaşlığın və sülhün tərəfində olmağımızı bir daha diqqətə çatdıraraq, yalnız Ermənistanla deyil, digər ölkələrlə münasibətlərin müsbət dinamikada inkişafının zəruriliyini bildirmişik. Ermənistan tərəfi də bu əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirməli və buna səy göstərməlidir. Lakin Ermənistan müharibədə uğradığı məğlubiyyəti həzm edə bilməyərək öz aqressiv hərəkətlərini davam etdirir. Ermənistan bilməlidir ki, inkişaf və əməkdaşlığa nail olmaq üçün bundan sonra onların yeganə yolu, həm Azərbaycana, həm də qardaş Türkiyəyə qarşı iddialardan birdəfəlik əl çəkmək, bu iki dövlətin liderliyi ilə regionda həyata keçirilən nəqliyyat, enerji və digər layihələrdə iştirak etməkdən ibarətdir.
Azərbaycan həmişə regionda sülhü ən çox arzu edən və əmin-amanlığın daim bərqərar olmasına çalışan dövlət olub, habelə, bölgədə söz sahibi olmaqla, qarşılıqlı əməkdaşlığa töhfə verib və verməkdədir"/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi