Zakir Həsənov orduda bir sıra dəyişikliklər edib

img

06-01-2014 [22:15]


Naxçıvanda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov orduda bir sıra dəyişikliklər edib.

MİA xəbər verir ki, o, Naxçıvan hərbi lisseyinin rəisi general-mayor Rasim Əliyevi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifəsinə gətirib.

Həmçinin Naxçıvandakı N saylı hərbi hissənin komandiri palkovnik Teymur Eyyubovda Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifəsinə gətirib.

Bundan başqa Naxçıvandakı hərbi polisin rəisi palkovnik Elman Orucov buradakı hərbi lisseyin rəisi təyin edilib.

Nazir bir sıra zabitlərədə palkovnik rütbəsi verib. Namiq Bayramov isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda hava hücumundan müdafiə idarəsində qərargah rəisi təyin edilib.

Bu barədə Xeberdar.az-a Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundakı etibarlı mənbə məlumat verib.

Qeyd etdiyimiz dəyişikliklərlə bağlı Müdafi Nazirliyinin yeni təyin olunmuş mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı ilə əlaqə saxlamağa çalışsaqda o, telefonlara cavab vermədi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA