General əməkdar artisti təltif edib - FOTO
13-04-2021 [22:47]
Azərbaycan Ordusunun zəfəri ilə başa çatan Vətən müharibəsində hər birimiz tarixi qələbəmizə öz töhfəmizi verməyə çalışırdıq. Məhz bu birlik sayəsində ərazilərimiz erməni işğalından azad edildi.
44 gün davam edən savaşda və sonrakı günlədə Ordumuza daim mənəvi dayaq duran, ön xətdə əsgər və zabitlərlə görüşən sənət adamlarından biri də Əməkdar artist, Prezident mükafatçısı Elnur Zeynalov idi.
Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə daim döyüş bölgələrinə səfər edir, ifası ilə əsgərlərimizi ruhlandırır, şəhid ailələrinə, qazilərimizə baş çəkərək onlara maddi dəstək göstərirdi. İstedadlı sənətçinin Vətən müharibəsi zamanı göstərdiyi bu fəaliyyət və vətəndaşlıq mövqeyi diqqətdən kənarda qalmayıb. Parlaq Qələbəmizin əfsanəvi qəhrəmanlarından sayılan, general-mayor Hikmət Həsənov Əməkdar artist Elnur Zeynalovu Fəxri fərmanla təltif edib.
“Madagiz Fatehi” ləqəbi ilə tanınan, “Qarabağ” ordenli generalın imzaladığı sənəddə tanınmış xanəndənin Vətən müharibəsində fədakarlığı və arxa cəbhədə döyüş təminatlı tapşırıqların yerinə yetirilməsindəki xidmətləri xüsusi qeyd olunub.

Əməkdar artist, Prezident mükafatçısı Elnur Zeynalov Reyting.az-a açıqlamasında göstərilən diqqətə görə təşəkkür edib: “Həqiqətən də Azərbaycan dövləti və xalqı tarixi bir qələbə qazandı, doğulub boya-başa çatdığım Ağdam, cənnət Qarabağın digər əraziləri erməni işğalından azad olundu. Bundan böyük sevinc ola bilməz. Mən də bir vətəndaş və sənət adamı kimi yağı düşmənlə vuruşan igid əsgər və zabitlərimizə dayaq durmağa çalışır, qələbəyə ruhlandırırdım. Sağ olsunlar ki, mənim fəaliyyətimi qiymətləndiriblər. Bundan sonra da hər zaman Ordumuza ifamla, sənətimlə kömək etməyə hazıram.
Mükafata, təltiflərə gəlincə, düşünürəm ki, hər bir Azərbaycan övladının ən böyük mükafatı Ali Baş Komandanın Şuşada dalğalandırdığı üç rəngli bayrağımızdır!”

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi