Zakir Həsənovun yeni təyinatına reaksiya gəldi

img

06-01-2014 [13:32]



"Polkovnik-leytenant Vaqif Dərgahlının Müdafiə Nazirliyində mətbuat xidmətinin yeni rəisi təyin olunması müdafiə naziri general-polkovnik Zakir Həsənovun ən uğurlu təyinatlarından biridir”.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Müdafiə Nazirliyində gerçəkləşən yeni təyinata münasibət bildirərkən "facebook" səhifəsində qeyd edib.  Hərbi ekspert həmçinin bir yerdə oxuduqları vaxtda çəkilmiş fotonu da "facebook" hesabında paylaşıb və bu təyinata ürəkdən sevindiyini söyləyib:

”Biz onunla xeyli müddət Müdafiə Nazirliyinin mətbuat xidmətində bərabər çalışmışıq. Bu təyinatı eşidəndə ürəkdən sevindim. Hörmətli Vaqif dostumuz mənim təhsil aldığım Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi-siyası jurnalistika fakültəsini bitirən 10 nəfər Azərbaycanlı zabitlərdən biridir. Biz onunla xeyli müddət MN-nin Mətbuat Xidmətində bərabər çalışmışıq. Bu təyinatı eşitdikdən sonra ürəkdən sevindim. İxtisasca hərbi jurnalist olan polkovnik-leytenant Vaqif Dərgahlıya uğurlar arzulayıram. İnanmaq istərdim ki, Vaqif müəllim tez bir zamanda cəmiyyət ilə Müdafiə Nazirliyi arasında isti münasibətlərin yaranmasına nail olacaq. Öz tərəfimizdən isə ona istənilən dəstəyi verməyə çalışacağıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA