QHT rəhbərləri və hüquq müdafiəçiləri redaktorlara müraciət etdi

img

06-01-2014 [13:20]


Aparıcı QHT rəhbərləri baş redaktorlara müraciət ediblər. Onları narahat edən Milli Məclisinin 17 dekabr 2013-ci il tarixli iclasında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, "Qrant haqqında” qanunlara və "İnzibati Xətalar Məcəlləsi”nə edilən əlavə və dəyişikliklərdir.

Mia.az xəbər verir ki, müraciətdə QHT rəhbərləri bu məqamlara diqqət çəkərək, bildiriblər ki, əlavə və dəyişikliklərdə cərimələrin artırılması, QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması, vergi və qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsi nəzərdə tutulur:

"Eyni zamanda müvafiq qanunvericiliyə xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər də edilib. Müvafiq qanunvericiliyə təklif edilən əlavə və dəyişikliklərin qüvvəyə minməsi hesab edirik ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını əngəlləyəcək, onların fəaliyyəti üçün əlavə məhdudiyyətlər və problemlər yaradacaq. Milli Məclisinin 17 dekabr 2013-cü il tarixli iclasında müvafiq qanunvericiliyə edilən əlavə və dəyişikliklər həmçinin "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli Sərəncamına və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamına ziddir.


Hörmətli cənab redaktor!

Məlumatınız üçün bildirmək istərdik ki, aparıcı QHT-lər yaranmış narahatçılığı bölüşmək və bu sahədəki işlərini əlaqələndirmək üçün Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) yaradıb. Komitə yaxın dövr üçün fəaliyyət planı qəbul edib və onun reallaşdırılması üçün çalışır. Fəaliyyət Planının reallaşdırılması üçün mətbuatın da bu prosesə cəlb edilməsi nəzərdə tutulub. Odur ki, sizə müraciət edərək, vətəndaş cəmiyyətini narahat edən problemlərə həmrəy olaraq bu istiqamətdə VCMK-nın tədbirlərində iştirak və onun fəaliyyəti ilə bağlı məlumatları dərc etməyinizi xahiş edirik.

Hörmətlə, Azərbaycan Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi adından:

 Elşən Həsənov
Qubad İbadoğlu
Aytəkin İmranova
Taleh Əliyev
Arzu Abdullayeva
Leyla Əliyeva
Hafiz Həsənli
İntiqam Əliyev
Elçin Abdullayev
İlqar İbrahimoğlu
Novella Çəfəroğlu
Şəhla İsmayıl
Mehman Əliyev
Oqtay Güləliyev
Sabit Bağırov
Vuqar Bayramov
Azər Mehdiyev
Emin Hüseynov
Rəsul Cəfərov
Mirvari Qəhrəmanlı
Sevil Allahverdiyeva
Zöhrab İsmayıl
Ziya Əliyev
Lətafət Məlikova
Elşən Nağıyev
Nəsrulla Nurullayev
Rəna Səfərəliyeva
Əsabali Muetafayev
Xalid Kazımov
Anar Orucov
Yaşar Ağazadə
Rafiq Təmrazov
Rəşid Hacılı
Mehriban Zeynalova
Zərdüşt Əlizadə
Aynur Elgunəş
Erkin Qadirov
Elxan Şahinoğlu
Mirəli Hüseynov
Samir Kazimli
Bəkir Nərimanoğlu
Bəşir Süleymanlı"  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA