Ekspert: "Azərbaycanda yeni mutasiyanın əmələ gəlmə təhlükəsi var"
12-04-2021 [10:13]
"Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində həyata keçirilən vaksinasiya prosesi davam edir. İstehsal olunan bir çox vaksinlərin əldə olunması da virusla mübarizədə uğurlu strategiyalardan biridir. Amma hazırda müşahidə olunan yoluxma saylarının artımı paralel olaraq peyvəndləmənin də sürətinin artırılmasına zərurət yaradır. Əks halda yeni təhlükə meydana çıxa bilər".
Bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, təhlükə bundan ibarətdir ki, ölkədə "İmmunescape" mutasiya mexanizmi ilə yarana biləcək növbəti virus mutasiyası peyvəndə qarşı immun ola bilər:
"Yəni peyvəndlər virusa təsir etməyə bilər və ya çox az təsir edə bilər. Əgər virusa yoluxmaların sayı paralel olaraq peyvəndləmə ilə birgə kəskin artarsa, bu, gözləniləndir. Ona görə də düşünürəm ki, peyvəndləmənin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əhali arasında maarifləndirmə işləri də yüksələn xəttlə davam etməlidir. Cəmiyyətdə vaksinasiya ilə bağlı maarifləndirici və məlumatlandırıcı mexanizm təkmilləşdirilməlidir. Yanlış mexanizmlər nəticəsində insanlar arasında virusa qarşı peyvənd olunmağa inamsızlıq yaranırsa, bununla bağlı tədbirlər görülməlidir. İnsanlara izah olunmalıdır ki, virusun geniş yayılmasının qarşısının alınmasına və ölüm hallarının sayının azaldılmasına peyvənd vasitəsilə daha effektiv nail olmaq mümkündür. Vaksinasiya və virusa qarşı qızıl qaydalara əməl etmək virusla mübarizənin ən əsas mərhələlərindəndir. Ona görə də əhali bu proseslərdə daha da fəal olmalıdır ki, normal həyata qayıtmaq daha da tezləşsin"/Report.
N.Abdullayev bildirib ki, peyvəndlərin mövcudluğu insanlarda rahatlıq yaratmamalı və tətbiq edilən karantin qaydalarına riayət olunmaması anlamına gəlməməlidir:
"Hər kəs qaydalara riayət etməli, tibbi maskadan istifadə etməli, sosial məsafəni gözləməli, istər qapalı, istərsə də açıq havada insanların toplaşdığı məkanlardan uzaq durmalıdır. Çünki qaydalara riayət olunmaması və nəticədə də yoluxma hallarının peyvəndləmə ilə paralel artması virusun yeni mutasiyalarının yaranmasına səbəb ola bilər ki, bu da nəinki Azərbaycanda, eləcə də bütün dünyada belədir. Bir daha vurğulayıram ki, bundan daha da təhlükəli bu yeni əmələ gələcək mutasiyalara qarşı hazırki peyvəndlərin təsirsiz və ya az təsirli ola bilməsidir. Buna görə də hər kəs, həm müvafiq dövlət qurumları, həm də millətimiz bilməlidir ki, peyvəndləmənin sürəti artırılmalıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi