Nəcməddin Sadıqov cəbhə bölgəsindəki hərbi hissələrdə yoxlamalar aparır

img

06-01-2014 [11:43]


Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. 

MİA Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığının, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır. - See more at: http://axar.az//news/5789#sthash.cO43d7b9.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA