Bakıda təyyarə qəza enişi edib (VİDEO, Yenilənib)

img

06-01-2014 [11:37]


Ötən gecə Londondan Sinqapura uçarkən Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında qəza enişi edən təyyarənin təmirə ehtiyacı var. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza enişi edən AİRBUS 380 təyyarəsində 467 sərnişin və 27 təyyarə ekipajı olub. Hazırda onlar üçün xüsusi yer ayrılıb.

"İndi başqa bir təyyarə gələcək. Həmin təyyarənin təmirə ehtiyacı var. Bu səbəbdən xidmət göstərə bilməz”, - deyə Məhərrəm Səfərli bildirib.

***

10.59

Hava limanından APA TV-yə verilən məlumata görə, təyyarə təxminən saat 00.55-də qəza enişi edib. Buna təyyarə salonunun germetikliyinin pozulmasının səbəb olduğu bildirilir.

***

02.15

Bu gecə Heydər Əliyev Bakı beynəlxalq hava limanında AİRBUS 380 təyyarəsi qəza enişi edib. Minval.az saytının məlumatına görə, təyyarə Sinqapurdan Londona uçurmuş.

Təyyarənin göyərtəsində 467 sərnişin olub. Sərnişinlər təhlükəsiz yerə təxliyə ediliblər. Xəsarət alan yoxdur.

Hava limanın texniki briqadası təyyarədə yaranan nasazlığı aradan qaldırmağa çalışır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA