Azərbaycan çaylarında vəziyyət necədir? - Açıqlama
10-04-2021 [15:18]
"Yaz-yay gursululuq dövrü Azərbaycanın çaylarında aprel ayının əvvəlindən başlayır və iyun ayının ortalarınadək davam edir. Qış aylarında yüksək dağlıq ərazilərdə toplanan qar ehtiyatları və yaz aylarındakı yağıntıların intensivliyi çaylarda gursululuq axımını təyin edir".
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, ölkədəki çayları qidalandıran qar ehtiyatlarını qiymətləndirmək məqsədilə mart ayı ərzində Böyük və Kiçik Qafqazın dağ, dağətəyi zonalarına təşkil edilən ekspedisiyalar zamanı 25 müxtəlif marşrut üzrə çay hövzələrində tədqiqat işləri aparılıb: "Hər marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu müəyyən olunub. Nəticələrə əsasən bu il Böyük Qafqaz çaylarının hövzələrində sululuq çoxillik normanın 80-93 faizini (2020-ci ildə 69-84 faiz), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın 68-95 faizini (2020-ci ildə 63-78 faiz) təşkil edib”.
Xidmət rəsmisi onu da bildirib ki, aparılan kompleks təhlillərə və meteoroloji proqnoz materiallarına əsasən bu ilin yaz-yay gursululuq (aprel-iyun) dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına axımın çoxillik normanın 52-69, Qanıx çayının Cəlayir məntəqəsindən Mingəçevir su anbarına isə normanın 68-87 faizini təşkil edəcəyi gözlənilir.
A.Verdiyevin sözlərinə görə respublikanın yerli çayları üzrə bu ilin gursululuq dövründə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ), şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və bir qədər az olmaqla 80-110 faiz, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az 50-85 faiz olacağı gözlənilir: “Bu il çaylarda gözlənilən sululuğun 2020-ci illə müqayisədə bir qədər yüksək olacağı proqnozlaşdırılır. Eyni zamanda, yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi