İcra başçısı hərbidən yayınıb - İddia

img

05-01-2014 [23:33]



Naftalanın şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Belə ki, onun "Dövlət qulluğu haqqında” Qanunun tələblərinə zidd olaraq çalışdığı iddia olunur. 

Bu barədə daxil olan məlumata görə, Natiq Aslanov həqiqi hərbi xidmətdə olmasa da, icra strukturunda çalışır. Məlumatda qeyd olunur ki, Natiq Aslanov həqiqi hərbi xidmətdən yayınsa da, dövlət qulluqçusu statusu ala bilib.

Dünən bu barədə yayılan söz-söhbətlərə aydınlıq gətirmək üçün Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə daxil olduq. Məlum oldu ki, icra başçısı kimi Natiq Aslanovun həqiqi hərbi xidmətdə olması barədə qeyd yoxdur. Natiq Aslanovun icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən tərcümeyi-halı isə belədir: Aslanov Natiq Musa oğlu 1976-cı il avqust ayının 22-də Naftalan şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsini bitirib. 2000-ci ildən 2004-cü ilə kimi "Kəpəz” firmasında alqı-satqı üzrə menecer, 2004-2010-cu il tarixlərində "Tam İnşaat” MMC-nin direktoru vəzifəsində çalışıb. 2010-cu il 25 yanvarında icra başçısı təyin edilib(azerinfo.org).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA