“Azercell"in təşkilatçılığı ilə “Qadınların İKT sahəsində rolu” mövzusunda onlayn müzakirə keçirilib - FOTO
09-04-2021 [17:17]
“Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə “Qadınların İKT sahəsində rolu” mövzusunda onlayn müzakirə keçirilib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, müzakirə ən son texnoloji danışıq platformalarından olan “Klabhaus”da “Azercell otağında” baş tutub.
Tədbirə əsas qonaqlar qismində Azərbaycanın İKT sahəsində öz peşəkarlığı ilə tanınan qadın mütəxəssisləri qatılıb. Belə ki, Yana Krimpe (B.EST Solutions şirkətinin təsisçisi və direktoru), Günel Səfərəliyeva (MONT MMC-nin baş direktoru), İnarə Quliyeva (HPE Azərbaycan nümayəndəliyinin rəhbəri), Xavər Babazadə (“Azercell Telekom” MMC-nin şəbəkə texnologiyası şöbəsinin rəhbəri) İKT sahəsində qadınların rolundan, bu istiqamətdə uğur qazanmaq üçün vacib olan şəxsi və peşəkar keyfiyyətlərdən, eləcə də son illərdə proqramçı, İT mühəndisi peşələrində çalışan qadınların uğur qazanmaq statistikasının yüksəlişindən bəhs ediblər. Onlayn sessiya hər kəsin sərbəst şəkildə sual verib, münasibət bildirməyinə açıq şəkildə keçib. Dinləyicilər tədbirlə bağlı müsbət fikirlərini bölüşüblər.
Hazırda bütün dünyada daha çox qadının İKT sahəsinə cəlb olunması istiqamətində ciddi işlər görülsə də, ən sivil ölkələrdə belə, çətinliklər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar İKT üzrə ümumi işçi bazarının cəmi 26% təşkil etməkdədir. Onlayn müzakirənin spikerləri Azərbaycanda qadın olaraq İKT sahəsində uğur qazanmağın imkanlarından da danışıblar, başqa ölkələrlə müqayisədə cinsi diskriminasiyanın yox dərəcədə olduğunu qeyd ediblər. “Azercell Telekom” da işçi seçimi zamanı bu kimi məsələlərə diqqət edir. Məlumat üçün bildirək ki, şirkət işçilərinin 42% məhz qadınlar təşkil edir. Şirkət üzrə rəhbər vəzifələrdə təmsil olunan xanımların sayı isə 30% çoxdur. Qeyd edək ki, “Azercell Telekom”un şəbəkə texnologiyası şöbəsinin rəhbəri Xavər Babazadə İKT istiqamətində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.
Xatırladaq ki, bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan “Azercell Telekom” qadınların İKT sahəsinə cəlb olunması, onları motivasiya etmək və özgüvənlərini artırmaq, bu istiqamətdə inkişaf etməsi məqsədilə hər il çoxsaylı tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır. İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşan “Azercell” tərəfindən həyata keçirilən layihələr çərçivəsində müxtəlif proqramlar, görüşlər keçirilib, İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.
“Azercell Telekom” bərabər imkanlar yaratmaq və inklüziv cəmiyyət qurmaq istiqamətindəki sosial fəaliyyətini bundan sonra da davam etdirəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi