Zakir Həsənov yeni ildə ilk təyinat əmri imzaladı

img

05-01-2014 [23:12]


Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb. 


Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından təxris edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA