Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - FOTO
08-04-2021 [23:14]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin arasında görüş keçirib.
Mia.az XİN-ə istinadla xəbər verir ki, görüşdə, həmçinin hazırda ölkəmizdə səfərdə olan İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri də iştirak ediblər. Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT ilə mövcud olan yüksək səviyyəli münasibətlərini məmnunluqla qeyd edib. Təşkilat ilə bir çox sahələrdə, o cümlədən iqtisadi, elm və mədəniyyət, gənclər, əmək və digər sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İƏT-in birmənalı dəstəyi və bu çərçivədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı qətnamələrin qəbul edildiyi qeyd edilib. Nazir Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan tərəfindən törədilən dağıntıların miqyasını İƏT Təmas Qrupunun üzvlərinin şəxsən görmək imkanının olduğunu bildirib və son hərbi əməliyyatlar zamanı Ermənistanın məqsədli şəkildə mülki əhali və infrastrukturu hədəf aldığını qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir, həmçinin azad edilmiş ərazilərdə vaxtı ilə Ermənistan tərəfindən basdırılan minaların insan həyatına çox ciddi təhdid təşkil etdiyini və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsinin müharibə cinayətinə bərabər olduğunu vurğulayıb.
Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycanı Qələbə münasibətilə təbrik edib. O, Azərbaycan Respublikası Prezidenti ilə görüşünü məmnunluqla vurğulayıb. Ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddətdə nümayiş etdirilən səbrin Prezidentin sülhpərvər olduğuna dəlalət etdiyini qeyd edib.
Baş katib azad edilmiş ərazilərdəki dağıntılardan xəbərdar olduğunu bildirib, tarixi abidələrin, dini ibadətgahların qorunmasının çox önəmli məsələ olduğunu qeyd edib. Azərbaycanın hər zaman tolerantlıq nümunəsi olduğunu söyləyən İƏT Baş katibi, azad edilmiş ərazilərdəki yenidən quruculuq işləri nəticəsində burada bərpa olunacaq həyat və birgə yaşayışla ölkənin parlaq nümunə olacağına inandığını səsləndirib.
Həyata keçirilən yenidən qurma və bərpa prosesində İƏT-in İslam İnkişaf Bankı, eləcə də digər institutlarının iştirak edəcəyini vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə Baş katibi Yusif bin Əhməd əl-Osaymini təbrik edib. Görüşdə, həmçinin İƏT Təmas Qrupunun üzvləri ölkəyə səfərlərinin nəticələri və Qrupun gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi