Dövlət Agentliyi vətəndaşlara müraciət edib - Tibbi sığortanın tətbiqi ilə bağlı
08-04-2021 [16:39]
Məlum olduğu kimi, bütün ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Mia.az-a verilən məlumata görə, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarını yaratmaq və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.
Agentlik tərəfindən tibbi xidmətlərin hamı üçün əlçatan olması və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Sözügedən proseslərin gedişində vətəndaş-qurum arasında qarşılıqlı əlaqənin formalaşdırılması əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Agentlik mütəmadi olaraq vətəndaşları icbari tibbi sığortanın tətbiqindən irəli gələn, həmçinin qurumun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə baxılması barədə məlumatlandırır.
Vətəndaşların diqqətinə çatdırırıq ki, icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi qaydaları, tibbi xidmətlərin göstərildiyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri haqqında məlumat Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib. Agentliyin internet səhifəsində icbari tibbi sığorta haqqının hesablanması üçün kalkulyator mövcuddur. Ən çox verilən suallar bölməsində vətəndaşlar onları maraqlandıran suallara cavab tapa bilərlər. Sığortaolunanlar Agentliyin hər gün yenilənən sosial şəbəkələrdəki səhifələrində sözügedən mövzularda məlumatlandırıcı postlarla tanış ola bilərlər.
Xidmətlər Zərfi çərçivəsində əhaliyə 2 550 sayda müxtəlif tibbi xidmət göstərilir. Sığortaolunanlar ixtisaslı həkimin göndərişi əsasında tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidir. Ödəniş icra olunduqdan sonra vətəndaşa ödənişi təsdiq edən sənəd (qəbz) təqdim olunur.
Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa, Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, qurumun internet səhifəsində “Elektron müraciət” bölməsinə, habelə info@its.gov.az elektron poçt ünvanına və rəsmi ünvanına (Lev Tolstoy küç.170, Bakı, AZ1095) müraciət edə bilər. Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması Agentlik üçün prioritet məsələdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi