Nüfuzlu media orqanı yazır: “Ermənistan Dağlıq Qarabağda istifadə olunan şübhəli "İskəndər"i haradan əldə edib?”
08-04-2021 [12:58]
Moldovanın tanınmış noi.md informasiya portalında Şuşa şəhərində aşkarlanan “İskəndər-M” raketinin qalıqları haqqında məqalə dərc edilib.
Məqalə “Ermənistan Dağlıq Qarabağda istifadə olunan şübhəli "İskəndər"i haradan əldə edib?” adlanır.
Məqalənin Moldova mətbuatında yayımlanan linkinə keçid: https://noi.md/ru/v-mire/otkuda-armeniya-vzyala-neuchtennye-iskandery-primenyavshiesya-v-nagornom-karabahe
Mia.az həmin məqaləni təqdim edir:
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat Departamenti Ermənistanın şübhəli "İskəndər" raket sistemlərinin görünüşü və onların Dağlıq Qarabağda istifadəsi ilə bağlı istintaq başladıb. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə qaçaqmalçılıq yolu ilə Ermənistan tərəfinin silah tədarükü etdiyini elan etmiş və qaçaq silah təchizatı sxemlərində iştirak edənlərə qarşı sərt tədbirlər görülməsini tələb etmişdir.
Xatırladaq ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən martın 15-də minaların təmizlənməsi zamanı Şuşa şəhərində tapılan iki "İskəndər" raketinin parçalarını Bakıda təqdim edilib. Ermənistan bu raketlərin istifadəsini rədd etsədə, lakin tapıntılar bunun əksini göstərir.
"Raket qalıqları bir-birindən 780 metr aralıqda idi. Son istintaq, Şuşa şəhəri istiqamətində İskəndər-M raketinin atıldığını göstərir", - deyə ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov bildirib.
Eyni zamanda, fevral ayının sonunda Rusiya Müdafiə Nazirliyi, Dağlıq Qarabağdakı münaqişə zamanı İskəndər raket sistemlərindən heç birinin istifadə edilmədiyini bildirib. Nazirlik raketlərin bütün sursat ehtiyatlarının Ermənistan Silahlı Qüvvələrinin anbarlarında olduğunu vurğulayıb.
Ehtimal olunurdu ki, Ermənistana "İskəndər"in ixrac versiyası, yəni "İskəndər-E" modifikasiyası çatdırılmışdır. Çünki "İskəndər -M" raketlərinin qoyulan hədəfi 500 km məsafədə məhv etdiyini nəzərə alaraq, bu raketlərin beynəlxalq satışa çıxarılması, həm də beynəlxalq öhdəliklərin pozulması deməkdir. Eyni zamanda, açıqlanan məlumatlara görə, partladılan raketlərin tapılan qalıqları məhz "İskəndər"in "uzaq məsafəli" versiyasıdır.
Kremlin sözçüsü, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, vəziyyəti şərh edərkən, parçaları Şuşada tapılan İskəndər raketinin haradan gələ biləcəyinə dair heç bir məlumatının olmadığını söyləyib.
Maraqlıdır ki, erməni tərəfi İskəndər raketindən istifadə etdiyini gizlətmirdi. Ermənistanın Baş naziri Nikol Paşinyan müsahibəsində Dağlıq Qarabağdakı müharibə zamanı "İskəndər"dən istifadə edildiyini və onun partlamadığını və ya 10% -nin partladığını söyləmişdir. Doğrudur, sonradan Baş nazirin mətbuat katibi ona yalnış məlumat verildiyini və bu açıqlamanı təkzib etmişdi. Ölkənin keçmiş prezidenti Serj Sarkisyan da bir müsahibəsində erməni hərbçilərinin döyüş əməliyyatlarının başlanğıcında İskəndərdən istifadə edə biləcəyindən söz açmışdı. Ermənistan Müdafiə Nazirliyinin keçmiş hərbi müfəttişi Movses Hakobyan da "İskəndər" raketlərindən istifadə edildiyini açıqlamışdı.
Azərbaycan tərəfi Ermənistan ordusunda "İskəndər" raketlərinin olduğunu bilirdi. 2016-cı ildə "İskəndər" Yerevandakı hərbi paradda nümayiş olunmuşdu və daha sonra rəsmi məlumata görə bu silahın Rusiya tərəfindən təmin edildiyi bildirilmişdir. Raketin KTMT çərçivəsində silah tədarükünə dair müqavilələr əsasında Ermənistana verildiyi qeyd edilmişdir.
Bununla yanaşı, Şuşada tapılan raket qalıqları, onların Rusiya ordusunda xidmətdə olan və yuxarıda qeyd edildiyi kimi ixracı beynəlxalq müqavilələrlə qadağan olunan "İskəndər-M" raket sistemindən atıldıqlarını göstərir. Ermənistan ordusunun raketdən istifadəsi heç bir şəkildə beynəlxalq müqavilələrə uyğun ola bilməz.
Eyni zamanda, tapılan raketlərin qəlpələri onların ya Ermənistan ərazisindən, ya da Ermənistan ordusunun nəzarətində olan Qarabağ ərazilərindən atıldığını göstərir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks Kəşfiyyat Departamenti artıq Ermənistanda şübhəli "İskəndər" raketlərinin meydana çıxması və onların Dağlıq Qarabağda istifadəsi ilə bağlı istintaqa başlayıb.
Azərbaycan isə dəfələrlə ən yüksək səviyyədə qaçaqmalçılıq yolu ilə Ermənistan tərəfinə silah tədarük edildiyini elan edib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi