Azərbaycan Ordusunun əsgəri intihar edib

img

04-01-2014 [16:34]


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri intihar edib. ANS PRESS-in bölgə müxbrinin verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin Beyləqandakı "N” saylı hərbi hissəsində qeydə alınıb. Əsgər 18 yaşlı Rahim Nail oğlu İsmayılovun asılmış meyiti tapılıb.

İlkin ehtimala görə, o intihar edib. Hadisənin baş vermə səbəbləri hələlik dəqiq məlum deyil.
Meyit müayinə üçün tibbi ekspertizaya göndərilib.

N.İsmayılov ötən ilik oktyabr ayında Göygöl rayonundan həqiqi hərbi xidmətə çağrılmışdı. Allah rəhmət eləsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA