Sahibkardan Beytulla Hüseynova sərt ittiham, BTRİB-in rəisi 20 min rüşvət istəyib

img

04-01-2014 [12:07]




Bir zamanlar öz çirkli əməllərinin üstünü ört basdır etmək üçün jurnalistlərlə dostluq qurmağı bacaran Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov hətta jurnalistlərə telefon çəkilişində xüsusi güzəşt də edirdi. Amma zaman keçdikdən sonra Beytulla Hüseynovun iç üzü açıldı.

AZERİNFO.ORG-un elektron poçtuna şikayət məktubu ünvanlayan iş adamlarından biri maraqlı nüanslara toxunub. İş adamının iddiasına görə onun şirkətinin telefonlaşdırılması üçün Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov ondan 20 min AZN pul tələb edir. İş adamanın məktubunda daha sonra qeyd edilir ki, o sahib olduğu şirkətə telefon çəkdirmək üçün rəsmi surətdə sentyabr ayında müraciət edib. Lakin oktyabr ayının sonlarında ona şifahi şəkildə bildiriblər ki,o Baş İdarəyə gəlməlidir. İş adamının sözlərinə görə oktyabrın sonlarında və noyabr ayında 3 dəfə Baş İdarədə olub. Bu görüşlər zamanı ondan 20 min AZN pul tələb ediblər. İş adamı əgər onun sahib olduğu şirkətə qanunu şəkildə telfonlaşdırılması həyata keçrilməsə o zaman Beytulla Hüseynovu məhkəməyə verəcəyini öz şikayət məktubunda yazıb.

Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov haqqında şikayətlər bununla da bitmir.

Bakı Telefon Rabitə İstehsalat Birliyinin rüşvət karuselinin daha bir modelini soxucularımıza catdırırıq. Nümunə kimi qovşaqların fəaliyyəti üçün son dərəcə xarakterik olan belə bir vəziyyəti təsvir etmək olar. Bir il bundan öncə vətəndaş evini satıb və telefon danışıqları üzrə cari dövriyyə borcunu da ödəmədən qeydiyyatdan çıxıb. Həmin evi alan digər vətəndaş isə yeni telefon xətti çəkdirirərək abunəçi statusu alıb. Qovşağın əməkdaşları isə köhnə sakinin borclu olduğu həmin pulları da evi müqavilə ilə yenicə almış vətəndaşdan alırlar. Əks təqdirdə isə onun telefon xətti kəsilir. Baxmayaraq ki, vətəndaşın köhnə nömrəyə və abunəyə, eyni zamanda danışıq qiymətinə heç bir aidiyyatı yoxdur. Qısası, şöbə pul almaq məqsədilə vətəndaşa yeni nömrəni verir və bir neçə aydan sonra köhnə borcları tələb edir. Qeyd olunduğu kimi bu cür hallara BTRİB-nin tabeliyində olan qurumların işində tez-tez rast gəlinir. Bununla bağlı şikayətçi düşən vətəndaşlar isə nə müvafiq qovşağ rəhbərlərinin, nə də Beytulla Hüseynovun qəbuluna düşə bilmirlər. Maraqlıdır ki, müxtəlif problemlərin Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin bütün digər strukturlarında da mövcud olduğunu etiraf edən qovşağ rəisləri BTRİB-nin rəhbərliyinin problemlərin həllinə, vətəndaşların müraciətlərinə yetərincə diqqət ayırmadıqlarına işarə edirlər.

Lakin artıq qeyd etdiyimiz kimi ölkədə gedən mütərəqqi proseslər, hər gün artan yeni tələbatlar korrupsioner məmurların gözlərinin doyacağı vaxtı gözləyə bilməz. Buna görə də mövcud problemlərn həlli üçün ilk növbədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tətbiq etdiyi kadr siyasətində müəyyən zəruri dəyişikliklərə ehtiyac duyulduğunu demək olar. Ən azından BTRİB-nin rəhbəri Beytulla Hüseynovun öz tabeliyində olan qurumlar tərəfindən vətəndaşların hüquqlarının pozulması hallarına göz yumması yuxarı instansiyaların diqqətindən yayınmamalıdır.

Onu da qeyd edək ki, mia.az-a B.Hüseynovun 2000-ci ildə Naxçıvan rabitəsindən Bakıya - Nizami Telefon Qovşağına "transfer"indəki maraqlı məqamlardan tutmuş, karyerasındakı sürətli yüksəlişlərə qədər bütün məlumatlar daxil olub. Bu və ya digər məlumatları mia.az-dan izləyin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA