Azərbaycanda sərnişin vaqonları zavodu tikiləcək

img

04-01-2014 [01:21]


Azərbaycanda sərnişin vaqonları zavodunun tikilməsi məsələsinə baxılır. Bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov məlumat verib.

Hazırda mövcud vaqon parkının yenilənməsi məqsədilə istifadədə olan vaqonların təmiri işlərinin aparıldığını söyləyən A.Əsgərov bildirib ki, bu yaxınlarda Dnepropetrovskda təmir edilən 50 sərnişin vaqonu ölkəyə gətirilib. Həmin vaqonlar hazırda Bakı-Moskva və Bakı-Tbilisi beynəlxalq xətlərində işləyir.

Bundan əlavə, Çexiya və Rusiya zavodlarında da vaqonların təmiri həyata keçirilir. Sərnişin və yük vaqonlarının təmiri mütəmadi olaraq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA