Qubad İbadoğlundan İnam Kərimova ittihamlar: "Daşlıqda fındıq bağı salmaqda nə kəramət, nə sirri-İnam var?!" - KTN rəsmisindən reaksiya
07-04-2021 [12:32]
"Şəkildə gördüyünüz Şəki rayonunun Biləcik kəndində yerləşən qurumuş çay yatağıdır. Dünən kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağınının açılışını edib. Şəkildən də göründüyü kimi burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, ord olsa-olsa kol-kos bitər.
Bəs, o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var?".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki hesabında yazıb.
O deyib ki, üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik:
"Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var.
Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsdiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı susbsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir. Meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi, 2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, fındıq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək.
Bir gün öncə kənd təsərrüfatı nazirinin iştirakı ilə Şəkinin Bideyz kəndində 320 hektar ərazidə salınan fındıq bağına dövlət büdcəsi hesabına veriləcək subsidiyanın məbləğini hesablayaq:
1. Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat;
2. 4 ildən sonrakı illər üzrə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat
3. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manat
Gördüyünüz kimi kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq.
İndi bildiniz, daşlıqda fındıq bağı salmaqda nə kəramət, nə sirri-İnam varmış?!".
Məsələyə KTN-nin mətbuat katibi Vüqar Hüseynov reaksiya verib.
O, iqtisadçıya xitabən deyib: "Əlinizdə salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut var? Varsa, o məmurun adını çəkin, biz də bilək. İkincisi, adi sahələrdə intensiv fındıq bağlarının salınması hər hektara 15-16 min manata, bu cür daşlıq ərazilərdə bir hektar bağın salınması ən azı 18 min manata başa gəlir. Bu 18000 manata ərazinin daşlardan təmizlənməsi, sahənin hazırlanması, tinglərin basdırılması, gübrə verilməsi, budamanın aparılması, işçilərin əmək haqqı, elektrik məsrəflərinin ödənilməsi, maaşların verilməsi və s.daziıdir. Hesablamaq çətin deyil, daşlıq ərazidə, çay yatağında 320 hektar intensiv fındıq bağının salınmasına ən azı 5 milyon 760 min manat sərf olunub. Dövlət bu xərcin təxminən 25 faizini qarşılayırsa, bunun nəyi pisdir? O ərazilərin elə çatlaq yeri, daşlıq ərazi olaraq qalması yaxşıdır, yoxsa dövlətin də bir qism xərcləri kompensasiya etməsi ilə investisiya yatırılaraq fındıq bağı salınması?".
Daha sonra isə Q.İbadoğlu yeni faktlar açıqlayıb...
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi