Ekspert: "Əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə COVID-19-dan qurtulacağıq"
06-04-2021 [18:31]
Dünyanın bir çox ölkəsində COVID -19 virusuna yoluxma dinamikası yenidən artmaqdadır. Əfsuslar olsun ki, bu tendensiya Azərbaycandan da yan keçmir. Dünya alimlərinin və səhiyyə qurumlarının müşahidəsi bunu göstərir ki, pandemiyadan qurtulma yolu yalnız vaksinasiyadadır. Yəni əhalinin kütləvi şəkildə immunitetinin yaradılması ilə biz COVID-19 virusundan can qurtara biləcəyik. Azərbaycanda əhalinin vaksinasiyası sahəsində böyük işlər görülür. Belə ki, Azərbaycan regionda həm əhalinin vaksinasiyasında, həmdə pandemiya dövründə virusa yoluxanların tibbi yardımının əl çatanlığında öndə gedən ölkələrdən hesab edilir.
Bunu Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib. Ekspert bildirib ki, COVID-19 virusuna qarşı vaksinlərin dünyada defisiti yaşandığı dövrdə Azərbaycan müxtəlif çətinliklərə və vaksinlərin paylaşdırılmasında haqsızlıqlara baxmayaraq vətəndaşının sağlamlığını əsas amil tutaraq vaksinlərin ölkəyə planlı şəkildə gətirilməsinə nail olur. Əlbəttə ki, bu işlərin gedişatı Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətindədir və bu sahədə işlərin icrası ölkənin səhiyyə qurumları tərəfindən yüksək səviyyədə həyata keçirilir. Belə ki, Azərbaycana yenicə 432 000 doza “AstraZeneca” vaksini gətirilib və yaxın zamanda mərhələli şəkildə digər vaksinlərin gətirilməsi də gözlənilir. “Xüsusən tibb müəssisələrində əhalinin vaksinasiya prosesinin həyata keçməsi üçün görülən tədbirlərin yüksək səviyyədə olmasını qeyd etmək istəyirəm. Səhiyyə qurumlarının məqsədi, yaxın aylar ərzində əhalinin böyük bir hissəsini vaksinasiya etmək və gələcəkdə sərt karantinin rejiminin – məhdudiyyətlərin qarşısını almaqdır. Onu deyə bilərəm ki, sərt karantin vətəndaşlarımızın sosial və psixoloji durumuna ciddi mənfi təsir göstərir. Bundan başqa sərt karantin zamanı olan məhdudiyyətlər dövlətin sosial, iqtisadi durumuna da ciddi mənfi təsir edir. Məcburi addımların atılmaması üçün virusu passiv hala gətirməliyik. Buna görə birliyimizi nümayiş etdirməliyik”, - deyə ekspert Ayaz Hüseynov deyib.
Ekspert bildirib ki, vaksinasiya ilə paralel vətəndaşlar maskanın düzgün taxılmasına, sosial məsafəyə və şəxsi gigiyenaya çox diqqət etməlidirlər: “Dünya yeni dövrə qədəm qoyub. Bu dönəmdə yeganə məsələ məsuliyyətdir. İnsanlar qəbul edilmiş qaydaları pozmasınlar və beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoymasınlar. Şüurlu şəkildə bu məsələyə yanaşsaq, karantin şərtlərinə və qadağalara riayət olunsa, yoluxma halları azalar”/Trend.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi