Daha iki nazirin qohumluğu rəsmiləşir - Toy

img

03-01-2014 [14:46]


Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar. 

Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur. Gənclərin toy mərasimi yanvarın 10-da "Buta Palace”da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir. Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir(Demokratiya.info)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA