Dünyadan böyük bir sənətkar köçdü...
05-04-2021 [19:24]
Xalq artisti Rəmişin ölümü mənə 1990-cı illərin qanlı-qadılı günlərini xatırlatdı.
Məlumdur ki, 20 yanvar hadisələrindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olunmuşdu, sovet-rus əsgərləri Bakıda sözün əsl mənasında ağalıq edirdilər. Onlar hətta 2-3 nəfərin bir yerə toplaşmasına belə imkan vermirdilər.
Xalqımızda böyük bir ruh düşkünlüyü yaranmışdı, hamı xof, həyəcan içərisində yaşayırdı. Biz xalqın mübarizə ruhunu, inamını özünə qaytarmaq üçün müxtəlif yollar, üsullar arayırdıq. Götür-qoy etdikdən sonra qərara gəldim ki, xalqı bir araya toplamaq üçün sevilən bir musiqiçinin iştirakı ilə Şəhidlərin xatirəsinə həsr olunmuş xeyriyyə konserti təşkil edək. Muraciət etdiyimiz məşhur musiqiçilərdən bir neçəsi o dövrdə qorxaraq konsertdə çıxış etməkdən imtina etdilər. Lakin virtuoz ifaçı, elektrogitaranı ilk dəfə xalqımıza sevdirən Rəmişi həmin tədbirə dəvət edəndə, vətənpərvər, cəsarətli Rəmiş böyük məmnuniyyətlə təklifi qəbul etdi və Nizami rayonunda yerləşən o vaxtki “Sevinc” kinoteatrında 2 gün fasilələrlə konsert proqramı ilə çıxış etdi. Rəmişin gitarasının sədaları xalqın azadlıq mübarizəsinə elə bir qığılcım atəşi oldu ki, insanların içindəki o qorxu hissini məhv etdi.
O dövr üçün böyük fədakarlıq olan bu hadisəni təvazökar Rəmiş heç vaxt dilinə gətirməsə də, konsertin keçirilməsinə etrazını bildirən bəzi siyasətçilər hətta sonradan onun bəhrəsindən öz məqsədləri üçün istifadə etdilər...
...Azərbaycanımız müstəqilliyinə qovuşdı, Rəmiş bu ölkənin Xaql artisti oldu...Şükür Allaha ki, ata-baba yurdunun işğaldan azad olunduğu günü də gördü. Daha rahat yata bilərsən. Xatirələrin könlümüzdə, əvəzsiz ifan, musiqilərin Azərbaycan xalqının yaddaşında əbədiyyən qalacaqdır.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB, “Əlillər Dünyası” qəzeti və “Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB-in kollektivi adından Rəmişin doğmalarına, qardaşları Vaqifə və Romikə dərin hüznlə başsağlığı veririk.
Allah sənə rəhmət eləsin, Rafik Hüseynov.
Müəlliflər:
Tahir Xudiyev, “Əlillər Dünyası” qəzeti
Zərnişan Turan, “Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi