Biləsuvar gömrüyündə vətəndaşı döydülər

img

02-01-2014 [23:48]



Cəlilabad şəhər sakini Fikrət Əliyev ölkənin gömrük-keçid məntəqələrində baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə müraciət edib.

Mia.az Bizimxeber.az-a istinadən xəbər verir ki, Cəlilabad sakini Biləsuvar Gömrük-Keçid Məntəqəsində başəna gətirilən vəhşilikdən bəhs edir. Bir müddətdir onurğa sütununda problemlər yaşayan Fikrət Əliyev müayinə üçün İran İslam Respublikasına gedib. Azərbaycanda 3 dəfə onurğa sütünundan əməliyyat olunan Cəlilabad sakini 2013-cü il dekabrın 26-da vətənə qayıdarkən Biləsuvar Gömrük Keçid Məntəqəsində tanımadığı, ətrafdakıların Elgün deyərək müraciət etdiyi şəxs tərəfindən zorakılığa məruz qalıb: "Mənə dedi ki, soyun, sonra pasportumu əlimdən zorla aldı. Mən onun kimliyi ilə maraqlandım. Dedi ki, sənə dedim ki, soyun. Mən ona özünü təqdim etməsini bildirdikdə tanımadığım 4 nəfər qollarımı burub məni bir otağa saldılar. Burada məndən 100 manat pul tələb etdilər. Mən pulum olsa da, onlara verməyəcəyimi bildirdikdə, mənə dedilər ki, səni həbs edirik”.

F.Əliyev indi soruşur ki, gömrük işçilərinə nə vaxtdan insanları həbs etmək icazəsi verilib? Məntəqədə gömrük işçilərinin onun qollarını buraraq itədiklərini, zor tətbiq etdiklərini deyən Əliyev hazırda ona yetirilən xəsarətlərdən əziyyət çəkdyini bildirir: "Onurğamda 4 yerdə onurğa yırtığı xəstəlikdən əziyyət çəkirəm. Bəzən ayaqlarım tutulur, yeriyə bilmirəm. Mən gömrük işçilərinin mənə zor tətbiq etmələrindən sonra özümü lap pis hiss edirəm. Onurğamda xəstəliyim bir az da gücləndiyindən müalicəyə ehtiyacım var. Qollarım hazırda da məni narahat edir. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Odur ki, xahiş edirəm, Biləsuvar gömrük-keçid məntəqəsinin işçilərinin mənə qarşı zor tətbiq edərək məndən rüşvət tələb etmələri barədə cinayət işinin başlanmasına göstəriş verəsiniz”.

F.Əliyev bildirir ki, hadisə baş verən zaman yanında olan bir nəfər Cəlilabad sakini onu gömrükçülərin əlindən zorla alaraq həkim çağırmasını tələb etsə, onu da otaqdan qovublar. Şikayətçi qeyd edir ki, lazım olan anda həmi Cəlilabad sakini də istintaqa yardıım edə bilər.

Ümid edirik ki, aidiyyatı qurumlar fiziki sağlamlığı qaydasında olmayan bir vətəndaşa qarşı gömrükçülərin etdiyi özbaşınalığa həssas yanaşacaq və lazımi ölçü götürəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA